Azərbaycan Xarici izlər Nazirliyi ölkə vətəndazlarına xəbərdarlıq edib

img

08-04-2010 [07:08]


Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan Respublikasının vətəndaşlarına Qırğızıstanda mövcud olan vəziyyətlə bağlı xəbərdarlıq edir. Müstəqil İnformasiya Agentliyi nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, aprel ayının 6-dan başlayaraq Qırğızıstanda əhalinin hökumət əleyhinə geniş miqyaslı nümayişləri başlayıb. Müxalifət və hökumət qüvvələri arasında iğtişaşlar bütün ölkə ərazisinə yayılmış, lakin Bişkek, Cəlal-Abad, Karakol, Narın, Talas və Tokmok şəhərlərində xüsusilə kəskin şəkil alıb. Toqquşmalar nəticəsində çoxlu sayda ölən və yaralananlar var. Ölkə ərazisində fövqəladə vəziyyət və eyni zamanda saat 22:00-dan 6:00-a qədər komendant saatı elan olunub. Buna görə bu ölkəyə səyahət etmək istəyən Azərbaycan vətəndaşlarına vacib olmadıqca səfərlərini təxirə salmaları tövsiyə olunur. Qırğızıstanda daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikası vətəndaşlarının ölkədə elan olunmuş mövcud qaydalara əməl etmələri və iğtişaşlara qarışmamaları və yaranmış hər hansı problemlə əlaqədar onlara yardım göstərilməsi üçün Azərbaycan Respublikasının Qırğızıstandakı Səfirliyinə müraciət etmələri tövsiyyə olunur. Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilib. Diqqət: Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası vətəndaşlarının səyahəti zamanı baş verə biləcək hadisələrə görə heç bir məsuliyyət daşımır. Diqqətinizə çatdırırıq ki, dünyanın heç bir regionu və ya ölkəsi terror və fövqəladə hadisə təhlükəsindən kənar deyil.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA