İTV-də iki departament direktoru işdən çıxarıldı, yeni təyinatlar oldu

img

07-06-2016 [22:59]


İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının növbəti iclası keçirilib.

İTV-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclasda Elgün İbrahimovun İnformasiya departamentinin direktoru vəzifəsindən azad olunması təsdiqlənib.

Musiqi, bədii və əyləncəli verilişlər departamentinin direktoru Əsəd Məmmədov başqa işə keçməsiylə əlaqədər vəzifəsindən azad olunub.

Yayım Şurasının iclasında informasiya departamentinin direktoru vəzifəsinə Rauf Rəcəbovun, musiqi, bədii və əyləncəli verilişlər departamentinin direktoru vəzifəsinə isə Natiq Abdullayevin təyinatı təsdiqlənib("Qafqazinfo”).


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA