Nazarbayevi kimlər devirmək istəyib? - Sensasion həbslər (FOTO)

img

06-06-2016 [14:05]


Qazaxıstanlı iş adam Toxtar Tuleşov keçən ildən etibarən hakimiyyətin güc yoluyla ələ keçirilməsinə hazırlıq üçün konkret addımlar atıb.

Bunu jurnalistlərə açıqlamasında Qazaxıstan Baş Prokurorluğunun mətbuat katibi Ruslan Karasev söyləyib.

Onun sözlərinə görə, Tuleşovun planına əsasən, ölkədə bir sıra qarşıdurma ocaqları yaradılmalı, etiraz aksiyaları təşkil edilməli və kütləvi özbaşınalıq başlamalı idi.

O, Qazaxıstandakı torpaq islahatları əleyhinə keçirilən aksiyaların əsas maliyyəçisi olub.

Toxtar Tuleşov yanvarın 30-da Qazaxıstan polisi tərəfindən saxlanılıb. Tuleşovun Rusiya ilə çox sıx əlaqələri olub. O, həmçinin Nursultan Nazarbayevin Nur Otan Partiyasının üzvü olub(Axar.az).


Bu arada Qazaxıstanda bir sıra məmurlar və hərbçilər hakimiyyət dəyişikliyinə cəhddə ittiham edilərək, bu gün tutulublar.

Bu barədə informasiyanı Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Mətbuat Xidməti yayıb.

Həbs edilənlər arasında baş prokurorun keçmiş birinci müavini İlyas Baxtıbayev, Cənubi-Qazaxıstan vilayətinin Daxili İşlər Departamentinin keçmiş rəisi general-mayor Kibratqulu Doskalıyev, polis polkovniki Saken Aytbekov, Müdafiə Nazirliyinin iki polkovniki Bekzat Jumin və Kayrat Berlibayev olublar.

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi iş adamı Toxtar Tuleşovun hakimiyyət çevrilişə cəhd etdiyini bildirib. Komitə Tuleşovun bir müddət öncə torpaq islahatları əleyhinə keçirilən aksiyaların əsas sifarişçisi olduğu barədə açıqlama yayıb. 

Qeyd edək ki, ötən gün Qazaxıstanda bir qrup şəxs əvvəlcə Aktobe şəhərindəki mağazalardan birinə, daha sonra isə hərbi hissəyə hücum edib. Nəticədə 6 nəfər, o cümlədən 3 hərbçi həlak olub, 10 hərbçi yaralanıb. Hüquq mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat zamanı isə 4 terrorçu məhv edilib, 2-si yaralanıb, 7 nəfər ələ keçirilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA