Sarkisyan Ərdoğanın təklifini qəbul edib və ikitərəfli görüzə razılıq verib

img

08-04-2010 [02:16]


Ermənistan prezidenti Serj Sarkisyan Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanın Vaşinqtonda təşkil olunacaq qlobal nüvə təhlükəsizliyi sammiti çərçivəsində ikitərəfli görüşün keçirilməsinə dair təklifini qəbul edib. Görüş barədə təklif Ermənistan prezidentinə Türkiyə Baş nazirinin xüsusi elçisi Firudin Sinirlioğlu tərəfindən təqdim olunub. Serj Sarkisyan bildirib ki, Ermənistan Türkiyədən münasibətlərin nizamlanması prosesində ilkin şərtsiz qəti irəliləyişə zəmanət verən konkret addımlar gözləyir. Xüsusi elçi Sinirlioğlu Ermənistan prezidentinə Türkiyə tərəfinin erməni-türk münasibətlərini normallaşdırılması prosesində irəliləyişin təmin edilməsinə hazır olmasına dair təminat verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA