05-06-2016 [00:22]
«Hər şey insanın özünün münasibətindən asılıdır. Diqqəti problemlərə, çətinliklərə yönəltsən, çətin olacaq. Mən diqqəti çətinliklərə yönəltmirdim. Həbsdə də gülümsəyirdim və bunun səbəbini soruşanda zarafatla deyirdim ki, o zaman qara ciyərimiz gülümsəyir».
Araşdırmaçı-jurnalist, keçmiş məhbus Xədicə İsmayıl bunları «Turan» İnformasiya Agentliyinə bildirib.
X.İsmayıl deyib ki, həbsdə bəzən pozitivliyin də problemləri olur: «Nə üçünsə qadın koloniyasında elə düşünürdülər ki, amnistiya, əfv fərmanı haqqında xəbərlər birinci mənə çatır. Amma mən də həbsdə o insanlar qədər bilirdim. Mən deyəndə ki, bu gün yaxşı gün olacaq, hamısı deyirdi ki, nəsə eşitmisən, nəsə bilirsən?».
Jurnalist həbsxanada qadınların üzləşdiyi problemlərdən danışır: «Həddən ziyadə tünlük, sıxlıqdır, cəmi bir qadın koloniyası var. Qadınlar da cinayət edir, tutulurlar, buraxılan az olur. Ona görə də sıxlıq yaranır. Mən azadlığa çıxanda, 470 qadın məhbus var idi».
X.İsmayıl deyir ki, hər 10 qadın məhbusa bir sanitar qovşağı düşməli ikən, indi hər 47 qadına bir sanitar qovşağı düşür. Eyni problem yeməkxana, televiziya otaqları, kitabxana ilə də bağlıdır: «Həddən artıq sıxlıqdır, qadınlar orada özlərinə yer tapmırlar. Hökumət qadınları həbs etmək barədə düşünür, amma onların gigiyenik vasitələrlə təmin olunmaları barədə düşünmür. Ailəsi tərəfindən gigiyenik vasitələrlə təmin edilməyən qadınlar, təsəvvür edin, orada nə əziyyət çəkirlər».
O, həbsxana daxilində təmizlik məsələsinə də toxunur. Deyir ki, sanitar qovşaqlar bərbad haldadır. Paltarların yuyulması, qurudulması sıxlıq üzündən daxili münaqişələrə səbəb olur.
Onun deməsinə görə, həbsxanada şəxsi həyat yoxdur. Orada hamı həmişə göz önündədir.
X.İsmayıl ictimai və beynəlxalq qurumların nümayəndələrinin həbsxanaya baş çəkmələri ilə bağlı da danışıb. Onun deməsinə görə, Ombudsman Aparatından təcridxanaya gəliblər, amma son 6 ayda onları həbsxanada görən olmayıb:«Məndən əvvəlki məhbuslar da dedilər ki, çoxdan görməyiblər. İşgəncələr Əleyhinə Komitənin üzvləri gəlmişdilər. Bir də qanunsuz həbslərlə bağlı BMT-nin İşçi Qrupu gəlmişdi. Onlarla təklikdə söhbətim oldu, həbsxananın problemləri barədə dedim. Alternativ olmadığından qadınlar başlarına gələnləri demirlər, deməzlər də».
X.İsmayıl həbsdən sonrakı fəaliyyəti haqqında da danışıb: «Mənim mühacirət etmək fikrim yoxdur. Mən peşəmi çox sevirəm və ancaq jurnalistika ilə məşğul olmaq istəyirəm. Ümid edirəm ki, belə də olacaq. Siyasətlə məşğul olmaq istəmirəm, mənim peşəm ən gözəlidir».
X.İsmayıl yeni jurnalist təhqiqatları üzərində işlədiyini deyib. «Ölkədə korrupsiya bitməyənə kimi, bizim də işimiz boldur» – deyə jurnalist qeyd edib.
Milli Məclisin iclası başlayıb
Qədr (Əhya) gecələrinin tarixləri məlum olub
ABŞ İRANA 4 ŞƏRT İRƏLİ SÜRÜB - Siyahı
PENSİYA NƏ QƏDƏR ARTDI? - Açıqlama (Yeniənib)
“Bravo”nun filial müdirinin müavinini döyüldü - Səbəb + Təfərrüat
Fazil Mustafa: "İcra hakimiyyəti mütləq lazımdır"
Futzal Federasiyasının prezidentinə cinayət işi açıldı, qardaşı axtarışa verildi - Zaur Axundova şok ittiham var (Yenilənib)
Azərbaycan neftinin qiyməti 71 dolları ötdü
Bu burc sahibləri etibarlı olurlar!
“İdeal Motors”un vergi borcu artıb
Fəzail Ağamalı ilə bu tarixdə vida mərasimi keçiriləcək
Maksvell sevgilisi Epşteynlə bağlı suallara cavabdan imtinna etdi
Doğum gününüz mübarək, Əli müəllim!
İranda siyasətçilərin həbsi başlayıb - Saxlanılanlar arasında XİN başçısının keçmiş müavini də var
İsrail Qəzzaya ağır zərbələr endirdi - Azı 9 nəfər ölüb
"Qaziantep" 3 xalı 2 qol və 10 nəfərlə qazandı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qurban Qurbanovun qızının toyu olub - VİDEO
Fəzail Ağamalı vəfat edib - Türkiyədə (Yenilənib)
Türkiyədə daha bir məşqçi istefaya göndərildi - Mərc oyununa görə
Aybəniz Haşımova: “...həmişə şad olacaqsınız”
Vüqar Məmmədovun həbs müddəti uzadılıb
ABŞ daha bir tankerə "əl qoydu"
AXCP-nin Abşeron rayon şöbəsinin sədri həbs edilib
İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib - Müzakirə + FOTOLAR (Yenilənib)
ƏLİ KƏRİMLİ, RAMİZ MEHDİYEVİN SABİQ KÖMƏKÇİSİ, MÜŞAVİR BARƏDƏ YENİ QƏRAR VERDİ - Yenilənib
Dövlət qulluğuna qəbul proqramına dəyişiklik olunub
Yazıçılar Birliyindən üzvlük haqqı ilə bağlı - Açıqlama
Regional Mədəniyyət İdarəsinə rəis əvəzi təyin olunub
Ramiz Mehdiyevin həbs müddəti bitir - Hansı qərar veriləcək?
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
Təxribatda ittiham olunan şərhçi sərbəst buraxıldı - Jurnalistlərin sualına cavabda geri çəkilmədi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sahibkarlıq sahəsində aparılan yoxlamalar... - Qadağa uzadıldı
YAP SƏDRİNİN MÜAVİNİ İCRA BAŞÇISI TƏYİN EDİLDİ - Sərəncam
Milyarderin belaruslu sevgilisinə miras buraxdığı sərvət: 100 milyon dollar nağd pul, malikənə, evlər və...
Lavrov: "Kürd məsələsini asan həll etmək mümkün deyil"
Rusiya XİN başçısı: "İranın gələcəyi ilə bağlı narahatıq"
Gözətçini döyə-döyə öldürən və daha sonra... - Klinika sahibinin oğu haqda hökm dəyişdi
Məşhur şərhçiyə cinayət işi açıldı - Bu sözünə görə