"O, dünyanı dərindən sarsıtdı" - Obama

img

04-06-2016 [21:33]


"Məhəmməd Əli dünyanı dərindən sarsıtdı".

Bu sözləri ABŞ Prezidenti Barak Obama əfsanəvi boksçu Məhəmməd Əlinin vəfatına münasibət bildirərkən deyib.

"Bu dünyada hamı kimi həyat yoldaşım Mişel və mən də Məhəmməd Əlinin yasını saxlayırıq. O, dünyanı dərindən sarsıtdı. Bu səbəbdən dünya daha yaxşıdır. Hamımız buna görə daha yaxşıyıq. Mişel və mən onun ailəsinə başsağlığı verib, nur içində yatması üçün dualar edəcəyik”, - Obama bildirib(Axar.az).

Qeyd edək ki, parkinson xəstəliyindən əziyyət çəkən 74 yaşlı boksçu Məhəmməd Əli bu gün müalicə aldığı xəstəxanada vəfat edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA