"Ya sən kimi aldadırsan?" - Ərdoğan Merkeli və Avropanı hədələdi

img

04-06-2016 [20:14]


Türkiyə Prezidenti Ərdoğan bu gün iş adamları ilə görüşündə Almaniya və Avropa İttifaqı ölkələrinə çox sərt və açıq xəbərdarlıq edib.

Mia.az xəbər verir ki, Ərdoğan "Buradan Almaniya və Avropa ölkələrinə açıq deyirəm, açıq mesajımı verirəm, erməni məsələsi bir şantala, bir zopaya çebrimisiniz. Baxın, sizə açıq mesajı verirəm, ya belə ucuz oyunlardan əl çəkin, konkert qarşınızda duran məsələlərin həlli ilə məşğul olun, ya da Türkiyə Avropanın problemlərinin önündən çəkilər, sizi baş-başa buraxarıq", - deyərək, Suriya qaçqınları ilə bağlı yaranan problemə işarə vurub.

Ərdoğan bir daha soyqırım iddiasını rədd edərək, Merkelə "yüklənib: "Sən mənimlə görüşündə deyirsən ki, əlimizdən gələni edirik, edəcəyik. Ancaq sonra parlamentin iclasına qatılmamaqla guya bununla razılaşmırsan. Ya sən kimi aldadırsan? Nə məsumluq oyunu oynayırsan? Qatılaydın, parlamentdə etirza edən o tək qadın deputat vardı ha, onun kimi etirazını açıq edəydin də. Siz kimi aldadırsınız?".

Sonda Ərdoğan bir daha bildirib ki, Avropa belə ucuz oyunlarla Türkiyəyə təsir göstərə bilməz: "Bu ölkənin bayrağı qanla yoğrulub. Bu ölkənin bu qədər şəhidi var, kimsə bu ölkəyə, bu millətə belə ucuz oyunlarla təsir edə biləcəyinə özünü inandırmasın....".

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA