04-06-2016 [12:34]
SSRİ KQB-sinin xarici kəşfiyyat şöbəsinin keçmiş rəisi, hazırda ABŞ-da yaşayan general Oleq Kaluginin sovet yazıçılarının 90%-nin dövlət təhlükəsizlik orqanlarına işləmələri barədə ittihamları ciddi müzakirə mövzusuna çevrilib. Hazırda Azərbaycan da daxil olmaqla bir çox ölkələrin mətbuatı bu haqda yazır.
KQB generalının fikirləri ən çox qələm əhli arasında narazılıq doğurub. Oleq Kalugin KQB-nin idarə rəisinin birinci müavini olanda arxivə baxmaq imkanlarının olduğunu, bundan sonra bu qənaətə gəldiyini söyləyib. Sabiq sovet kəşfiyyatçısı əlində konkret siyahıların olduğunu da deyib.
Mərhum xalq yazıçısı İsmayıl Şıxlının oğlu, "Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı KQB generalının ittihamlarına sərt şəkildə cavab verib: "Bilmirəm o şəxsin əlində hansı sənədlər var. Amma bir yazıçı övladı kimi, bu fikirlərin doğru olmadığını deyə bilərəm. Mənim aləmimdə bu şəxs qələt edir. Qələt etmək səhv deməkdir. Söhbət burada ondan gedir ki, tək Moskvada deyil, SSRİ-yə daxil olan respublikaların yazıçılar ittifaqlarında dəqiq bilirəm, katiblərdən biri daim KQB-nin adamı olurdu. Yəni o şəxs seçilmirdi, sadəcə təyin olunurdu. Adını seçilmiş kimi qoyurdular. Bizim respublikalarda katib olmasa da, hansısa bir şöbə müdiri KQB-dən olurdu. SSRİ sistemində strukturlarda təmsil olunan rəhbərlərdən biri KQB-yə işləməsəydi, bu, mümkünsüz olardı. Bu, norma idi. Buna görə də, düşünürəm ki, 90 faiz yazıçının KQB-yə işləməsinə ehtiyac yox idi. Rəsmi nümayəndə var idi və bütün informasiyaları ötürürdü. Heç kimin yerinə danışa bilmərəm. Amma qeyd edim ki, bu tipli şəxslərin çoxu bəyanat xatirinə bəyanat verirlər. O şəxsin əlində sənədlər varsa, ortaya çıxarsın. Yoxdursa, boş-boş danışmağın mənası yoxdur. Ola bilər ki, onun tanıdıqları KQB-yə çalışıblar və çuğulçular olublar. Bu baxımdan ona elə gəlib ki, hamı KQB agentidir”.
E.Şıxlı yazıda KQB-nin ali missiya yerinə yetirməsi ilə bağlı da fikirlərə toxundu: "Gic-gic söhbətlərdir. Hansı ali missiyadan söhbət gedir? Missiya nə ola bilərdi? Onun ali missiya kimi təqdim etdiyi yalnız çuğulçuluq ola bilərdi. Bundan artıq missiya ola bilməz. Ölkənin təhlükəsizliyini qorumaq missiyası olan qurum çevrilib olurdu çuğulçu orqan. Onların ali missiyası bundan ibarətdir. Departamentləri var idi, kəşfiyyat və əks-kəşfiyyat. Orada peşəkar şəxslər təmsil olunurdu. Amma nəzərə alaq ki, peşəkarlar hər yerdə bir ovuc olurlar. 5 nəfər peşəkar idisə, 95 nəfər ortada yeyib, qıraqda gəzənlər olurdular. Təəssüf ki, indinin özündə də belədir”.
Elçin Şıxlı Oleq Kalugini tanımadığını deyib: "Açığı, onu tanımadığım üçün barəsində heç nə deyə bilmərəm. Kin məsələsi özəl şeylərdir. Şəxsi ünsiyyətdən irəli gəlir. Ola bilər ki, kimsə KQB-yə işləsin və onun xətrinə dəysin. Amma şəxsiyyəti olan adamlar kinlə yaşamırlar. Sadəcə, başlarını aşağı salıb, işləri ilə məşğuldurlar. Elə strukturlarda çalışanlar peşəkardırlarsa, belə boş-boş bəyanatlar vermir, 50 ildən sonra memuar yazmırlar. Təsəvvür edin ki, bu orqanda minlərlə şəxs çalışıb, amma onlardan 1-2 ikisi sonralar kitab yazır. Onu tanısam, deyə bilərdim ki, kinli şəxsdir, ona görə belə fikirlər deyir. Yaxud tanıyıb deyə bilərdim ki, çox alicənab şəxsdir. Amma bütün yazıçıları da müdafiə etmirəm. Təbii ki, 90 faizin 10 faizi nisbətində olmayıb. Əksi olub. Bundan başqa olması da mümkün deyil”.(musavat.com)
Milli Məclisin iclası başlayıb
Qədr (Əhya) gecələrinin tarixləri məlum olub
ABŞ İRANA 4 ŞƏRT İRƏLİ SÜRÜB - Siyahı
PENSİYA NƏ QƏDƏR ARTDI? - Açıqlama (Yeniənib)
“Bravo”nun filial müdirinin müavinini döyüldü - Səbəb + Təfərrüat
Fazil Mustafa: "İcra hakimiyyəti mütləq lazımdır"
Futzal Federasiyasının prezidentinə cinayət işi açıldı, qardaşı axtarışa verildi - Zaur Axundova şok ittiham var (Yenilənib)
Azərbaycan neftinin qiyməti 71 dolları ötdü
Bu burc sahibləri etibarlı olurlar!
“İdeal Motors”un vergi borcu artıb
Fəzail Ağamalı ilə bu tarixdə vida mərasimi keçiriləcək
Maksvell sevgilisi Epşteynlə bağlı suallara cavabdan imtinna etdi
Doğum gününüz mübarək, Əli müəllim!
İranda siyasətçilərin həbsi başlayıb - Saxlanılanlar arasında XİN başçısının keçmiş müavini də var
İsrail Qəzzaya ağır zərbələr endirdi - Azı 9 nəfər ölüb
"Qaziantep" 3 xalı 2 qol və 10 nəfərlə qazandı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qurban Qurbanovun qızının toyu olub - VİDEO
Fəzail Ağamalı vəfat edib - Türkiyədə (Yenilənib)
Türkiyədə daha bir məşqçi istefaya göndərildi - Mərc oyununa görə
Aybəniz Haşımova: “...həmişə şad olacaqsınız”
Vüqar Məmmədovun həbs müddəti uzadılıb
ABŞ daha bir tankerə "əl qoydu"
AXCP-nin Abşeron rayon şöbəsinin sədri həbs edilib
İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib - Müzakirə + FOTOLAR (Yenilənib)
ƏLİ KƏRİMLİ, RAMİZ MEHDİYEVİN SABİQ KÖMƏKÇİSİ, MÜŞAVİR BARƏDƏ YENİ QƏRAR VERDİ - Yenilənib
Dövlət qulluğuna qəbul proqramına dəyişiklik olunub
Yazıçılar Birliyindən üzvlük haqqı ilə bağlı - Açıqlama
Regional Mədəniyyət İdarəsinə rəis əvəzi təyin olunub
Ramiz Mehdiyevin həbs müddəti bitir - Hansı qərar veriləcək?
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
Təxribatda ittiham olunan şərhçi sərbəst buraxıldı - Jurnalistlərin sualına cavabda geri çəkilmədi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sahibkarlıq sahəsində aparılan yoxlamalar... - Qadağa uzadıldı
YAP SƏDRİNİN MÜAVİNİ İCRA BAŞÇISI TƏYİN EDİLDİ - Sərəncam
Milyarderin belaruslu sevgilisinə miras buraxdığı sərvət: 100 milyon dollar nağd pul, malikənə, evlər və...
Lavrov: "Kürd məsələsini asan həll etmək mümkün deyil"
Rusiya XİN başçısı: "İranın gələcəyi ilə bağlı narahatıq"
Gözətçini döyə-döyə öldürən və daha sonra... - Klinika sahibinin oğu haqda hökm dəyişdi
Məşhur şərhçiyə cinayət işi açıldı - Bu sözünə görə