Yüzlərlə etirazçı “bizə yemək lazımdır” şüarları ilə - Prezidentin iqamətgahına hücum elədi

img

03-06-2016 [15:46]


Venesuelanın paytaxtı Karakasda yüzlərlə etirazçı "bizə yemək lazımdır” şüarları ilə prezident Nikolas Maduronun iqamətgahı olan Miraflores sarayına doğru yürüş ediblər.

Etirazçıları qarşılayan aşayiş qüvvələri onlara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Bildirilir ki, ani etiraz dalğası bir qrup şəxsin ərzaq malları ilə dolu olan yük maşınını oğurlamaq cəhdindən sonra baş qaldırıb.

Qeyd edək ki, Venesuelada ağır iqtisadi və siyasi böhran davam edir. Ölkənin valyuta daxilolmalarının əsas mənbəyi olan neft qiymətlərinin enməsi vəziyyəti kritik həddə çatdırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA