Ter-Petrosyan: ?5 rayonun Azərbaycana geri qaytarılması ilə bağlı razılıq əldə olunub?

img

07-04-2010 [06:14]


Ermənistanın müxalifət lideri Levon Ter-Petrosyan, Dağlıq Qarabağ probleminin həllinə bağlı danışıqlara vasitəçilik edən ATƏT-in Minsk Qrupunun münaqişəli bölgə ətrafındakı 7 rayondan 5-nin Azərbaycana geri verilməsi mövzusunda razılıq əldə olunduğunu bildirib. Müstəqil İnformasiya Agentliyini Novosti-Armeniyaya istinadən xəbər verir ki, dünən paytaxt İrəvanda keçirilən mitinqdə çıxış edən Ter-Petrosyan, həmsədrlərin "Konsensus" adıyla 5 rayonun əvvəl Azərbaycana verilməsini istədiklərini ifadə edib. Ermənistan Milli Konqresinin lideri Tər Petrosyan, "Bundan sonra barış gücünün gətirilməsi, Laçin Koridorunun və Dağlıq Qarabağın statusunun təyin olunması haqqında heç bir şey deyilmir. Qarabağın keçici statusu isə yalnız, indiyə qədər tanınmayan Dağlıq Qarabağ rejiminin tanınması mənasını verir. Ermənistan ciddi təzyiqlər qarşılığında əsassız vədlər verir",- deyib. Erməni müxalifət liderinnin sözlərinə görə, Azərbaycanın Madrid Prinsiplərini qəbul etmiş olması Ermənistanın vəziyyətini də ciddi şəkildə çətinləşdirir. 5 şəhərin geri verilməsinin problemin bütünü üçün razılaşma təmin edildiyi mənasını vermədiyini ifadə edən və müddətdə bundan sonra meydana gələcək inkişafların Sarkisyanın tutumuna bağlı olduğunu ifadə edən Ter-Petrosyan "Sarkisyan seçki qarşısındadır. Ya Erməni xalqının mənfəətinə zidd razılaşmağı imzalamalı ya da müddəti gecikdirib zaman qazanmalıdır. İkinci variant beynəlxalq ictimaiyyəti hirsləndirəcək. Onun üçün də ilk varianta üstünlük verəcək" bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA