Rusiya NATO-nu hədələdi: "Həmlələrin qarşısını almaq üçün cavab tədbirləri görəcəyik"

img

31-05-2016 [20:39]


"Rusiya Qara dənizdə NATO-nun həmlələrinin qarşısını almaq üçün cavab tədbirləri görəcək".

Bunu jurnalistlərə Rusiyanın NATO-dakı daimi nümayəndəsi Aleksandr Qruşko söyləyib.

Onun sözlərinə görə, Rusiya heç vaxt Qara dənizin NATO gölünə çevrilməsinə izn verməyəcək:

"NATO hazırda münaqişə sxemini Qara dənizə keçirməyi planlaşdırır. Bir müddət öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etdi ki, Qara dənizi Rusiya gölünə çevirmək olmaz. NATO-da yaxşı başa düşürlər ki, Qara dəniz heç vaxt NATO gölü olmayacaq. Biz bununla bağlı lazımı tədbirlər görəcəyik”. 

Axar.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA