Kremldən rəsmi Ankaraya mesaj: "Putinin çağırışına cavab gözləyirik"

img

30-05-2016 [15:48]


"Rusiya-Türkiyə münasibətlərindəki problem işçi qrupunun vasitəçiliyi ilə həll oluna bilməz. Bunu ancaq Türkiyə hökuməti edə bilər".

Bunu Rusiya prezidentinin mətbuat kaltibi Dmitri Peskov keçirdiyi mətbuat konfransında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun münasibətlərin normallaşdırılması istiqamətində irəli sürdüyü təkliflə bağlı jurnalistləriun suallarını cavablandırarkən deyib. 

"Bu problemi heç bir işçi qrupu həll edə bilməz. Bunu yalnız Türkiyə həll edə bilər. Moskva Türkiyənin Vladimir Putinin Afinada səsləndirdiyi addımları həyata keçirməsini gözləyir”, - Peskov bildirib(Axar.az).

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Afinaya səfər zamanı Su-24 olayına baxmayaraq, Kremlin Ankara ilə əlaqələrini bərpa etmək niyyətində olduğunu və Türkiyədən qəti addımlar gözlədiklərini demişdi. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA