Sabah erməni əsirliyində olan əsgər Rafiq Həsənov Azərbaycana qaytarılacaq

img

06-04-2010 [03:16]


Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan Silahlı Ordusunun əsgəri Rafiq Rəhman oğlu Həsənov sabah Azərbaycana qaytarılacaq. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Hərbi əsirin sabah saat 12.00-da Ermənistan-Azərbaycan sərhədinin Erasxavan-Sədərək sahəsində Azərbaycana tərəfinə təhvil veriləcəyini bildirilib. Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin ?N? saylı hərbi hissəsinin əsgəri, 1989-cu il təvəllüdlü Rafiq Rəhman oğlu Həsənov 8 oktyabr 2008-ci il tarixdə Qazax rayonu ərazisində qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR