24-05-2016 [11:12]
Azərbaycan Mətbuat Şurası Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi ilə birlikdə "Milli Ordumuzun aprel sınağı: vətənpərvərliyin Qarabağ vəhdəti və yeni qəhrəmanlıq salnaməsi” mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında yazı müsabiqəsi keçirir.
Mətbuat Şurasından verilən məlumata görə, I yer üçün 1 nəfərə 800 manat, II yer üçün 2 nəfərə 500 manat, III yer üçün 3 nəfərə 300 manat, 10 nəfərə isə 100 manatdan həvəsləndirici mükafat veriləcək.
Təqdim olunmuş yazılarda materialların mövzunu dolğun əhatəetmə səviyyəsinə ("Aprel müharibəsi” və yüksək hazırlıqlı peşəkar zabit və əsgərlərin xidməti, "Aprel müharibəsi”nin Milli qəhramanları Murad Mirzəyev, Samit İmanov və Şükür Həmidovun həyat və döyüş yolu, "Aprel müharibəsi”nin beynəlxalq ictimai rəydə təzahürü, "Aprel müharibəsi”nin Azərbaycan cəmiyyətində doğurduğu ab-hava və "Aprel müharibəsi” və Qarabağ münaqişəsinin həlli ilə bağlı perspektivlər), faktlardan istifadə xüsusiyytələri və araşdırmanın keyfiyyətinə, ifadə vasitələrinin zənginliyinə, oxucu üçün informasiyalılıq dərəcəsinə, qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisəyə üstünlük veriləcək.
Müsabiqəyə 2016-cı ilin may ayının 25-dən iyun ayının 20-dək müddətdə qəzet, jurnal və informasiya agentliklərində, xəbər saytlarında yayımlanacaq yazılar buraxılacaq, dil və janr məhdudiyyəti nəzərdə tutulmur.
Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır.
Yazıda "Milli Ordumuzun aprel sınağı: vətənpərvərliyin Qarabağ vəhdəti və yeni qəhrəmanlıq salnaməsi” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur” qeydi edilməlidir.
Müəllifin konkret kütləvi informasiya vasitəsində çalışması şərtdir.
Müsabiqə üçün təqdim ediləcək materialın müəllifin çalışdığı KİV-də verilməsi şərt deyil.
Təqdim edilmiş yazıların Azərbaycan Mətbuat Şurasının "qara siyahı”sında yer alan kütləvi informasiya vasitələrində çıxması yolverilməzdir.
Müsabiqə üçün yazılar ayrıca zərfdə şəxsən təqdim olunmalıdır.
Təqdimat zərfində yazı təqdim edən şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təqdiqləyən sənədin surəti, şəxsiyyət vəsiqəsinin surəti, əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu yer almalıdır. Yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi, yazı elektron media resursunda verilibsə, bunu təsdiqləyən link, materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi (nüsxələrin hər birində materialın müsabiqə üzrə olan istiqaməti qeyd edilməli, müəllifinin adı göstərilməməlidir), diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmamaqla), yazı elektron media resursunda verilibsə, diskdə yazının linki göstərilməlidir.
Müsabiqə üçün yazılar mayın 26-dan iyunun 20-dək həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz-4 ünvanında (əvvəlki Teymur Əliyev-38 ünvanı – Azərbaycan Mətbuat Şurasının ofisi) qəbul ediləcək.
Qaliblərin adları 26 iyun – Silahlı Qüvvələr Günü ərəfəsində açıqlanacaq.
Təqdimat prosesində müsabiqə qaydalarının hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və material qəbul olunmayacaq.
Milli Məclisin iclası başlayıb
Qədr (Əhya) gecələrinin tarixləri məlum olub
ABŞ İRANA 4 ŞƏRT İRƏLİ SÜRÜB - Siyahı
PENSİYA NƏ QƏDƏR ARTDI? - Açıqlama (Yeniənib)
“Bravo”nun filial müdirinin müavinini döyüldü - Səbəb + Təfərrüat
Fazil Mustafa: "İcra hakimiyyəti mütləq lazımdır"
Futzal Federasiyasının prezidentinə cinayət işi açıldı, qardaşı axtarışa verildi - Zaur Axundova şok ittiham var (Yenilənib)
Azərbaycan neftinin qiyməti 71 dolları ötdü
Bu burc sahibləri etibarlı olurlar!
“İdeal Motors”un vergi borcu artıb
Fəzail Ağamalı ilə bu tarixdə vida mərasimi keçiriləcək
Maksvell sevgilisi Epşteynlə bağlı suallara cavabdan imtinna etdi
Doğum gününüz mübarək, Əli müəllim!
İranda siyasətçilərin həbsi başlayıb - Saxlanılanlar arasında XİN başçısının keçmiş müavini də var
İsrail Qəzzaya ağır zərbələr endirdi - Azı 9 nəfər ölüb
"Qaziantep" 3 xalı 2 qol və 10 nəfərlə qazandı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qurban Qurbanovun qızının toyu olub - VİDEO
Fəzail Ağamalı vəfat edib - Türkiyədə (Yenilənib)
Türkiyədə daha bir məşqçi istefaya göndərildi - Mərc oyununa görə
Aybəniz Haşımova: “...həmişə şad olacaqsınız”
Vüqar Məmmədovun həbs müddəti uzadılıb
ABŞ daha bir tankerə "əl qoydu"
AXCP-nin Abşeron rayon şöbəsinin sədri həbs edilib
İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib - Müzakirə + FOTOLAR (Yenilənib)
ƏLİ KƏRİMLİ, RAMİZ MEHDİYEVİN SABİQ KÖMƏKÇİSİ, MÜŞAVİR BARƏDƏ YENİ QƏRAR VERDİ - Yenilənib
Dövlət qulluğuna qəbul proqramına dəyişiklik olunub
Yazıçılar Birliyindən üzvlük haqqı ilə bağlı - Açıqlama
Regional Mədəniyyət İdarəsinə rəis əvəzi təyin olunub
Ramiz Mehdiyevin həbs müddəti bitir - Hansı qərar veriləcək?
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
Təxribatda ittiham olunan şərhçi sərbəst buraxıldı - Jurnalistlərin sualına cavabda geri çəkilmədi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sahibkarlıq sahəsində aparılan yoxlamalar... - Qadağa uzadıldı
YAP SƏDRİNİN MÜAVİNİ İCRA BAŞÇISI TƏYİN EDİLDİ - Sərəncam
Milyarderin belaruslu sevgilisinə miras buraxdığı sərvət: 100 milyon dollar nağd pul, malikənə, evlər və...
Lavrov: "Kürd məsələsini asan həll etmək mümkün deyil"
Rusiya XİN başçısı: "İranın gələcəyi ilə bağlı narahatıq"
Gözətçini döyə-döyə öldürən və daha sonra... - Klinika sahibinin oğu haqda hökm dəyişdi
Məşhur şərhçiyə cinayət işi açıldı - Bu sözünə görə