AiDP irana qarzı sanksiyaların əleyhinədir

img

06-04-2010 [01:04]


?Biz ABŞ-ın İrana qarşı sanksiyalar tətbiqi ilə bağlı apardığı siyasəti pisləyirik və hesab edirik ki, bunun arxasında dünyaya demokratiya prinsipləri daşımaq deyil, başqa məqsədlər, açıq şəkildə desək enerji mənbələrinin işğalı dayanır?. Bu fikri Azərbaycan İslam Demkrat Partiyasının (AİDP) sədri hacı Tahir Abbaslı deyib. Onun fikrincə, aqressiv Buşdan sonra ABŞ-ın mülayimləşəcəyinə gözləyənlər yanılıb: ?Əksinə ABŞ ?Obama libasında? daha təhlükəli olub və niyyətindən əl çəkənə oxşamır?. Bu siyasətin nəticədə ABŞ-ın öz zərərinə olacağını düşünən AİDP sədri hesab edir ki, artıq dünya ictimaiyyəti də bu ölkənin demokratiya vədlərinə, nüvə silahının yayılmasına qarşı addımlarına inanmır: ?İraq ssenarisi göstərdi ki, ABŞ nüvə silahı məsələsini əldə bayraq etməklə dünyaya tam şəkildə hakim kəsilmək niyyətindədir. Bunun əsas yolu isə dünyanın əsas enerji mənbələrinə sahib çıxmaqdır. Bu ölkə öz müttəfiqləri ilə birlikdə İrana da yeni ssenarini tətbiq etmək niyyətindədir?. İrana qarşı sanksiyaların tətbiqinə, həmçinin ABŞ-İran müharibəsinin əleyhinə olduğunu bildirən T.Abbaslının başqa arqumentləri də var. O hesab edir ki, böyük güclərin digər məqsədi də Şərq mənəviyyatının ayaqda qalmasına səbəb olan İslamı aradan aparmaq məqsədi güdür: ?Digər tərəfdən ABŞ-ın apardığı siyasət nəticəsində bölgədə yarana biləcək qaynar ocaq həm Azərbaycan, həm də cənubda yaşayan 35 milyonluq soydaşlarımız üçün böyük bəlalar gətirə bilər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA