Türkiyədə toxunulmazlıq qalxdı - HDP-li deputatlar ölkədən qaçdı, Ərdoğan hədələdi

img

20-05-2016 [16:23]


Türkiyə Böyük Millət Məclisi bu gün deputat toxunulmazlığı ilə bağlı maddəni ləğv edib.

Mia.az Türkiyə  mediasına istinadən xəbər verir ki, bu gün məclis 376 səslə yeni qanunu qəbul edib.

Bununla da PKK-nın siyasi qolu olan HDP-li deputatlarla bağlı açılan cinayət işləri icraata rahatlıqla görürüləcək.

AKP-li deputat Vedat Demirözün sözlərinə görə, toxunulmazlığın götürülməsindən sonra HDP-li deputatlarla bağlı cinayət işləri məhkəmələrə göndəriləcək: "Məhkəmə cinayətlərini sübuta yetirərsə, mandatlarını da itirəcəklər. O zaman hazırkı millət vəkilləri cəzalarını layiq olduqları formada çəkəcəklər".

Deputat bildirib ki, HDP-nin terroru dəstəkləyən, terrorçulara dəstək verən deputatları işlədikləri suçu bilirlər: "Ona görə də onların bəzilərinin artıq bir neçə gündür ölkədən iş-güc adıyla qaçdığı da bildirilir. Zatən onların yeri Kandildir, PKK-nın yanında, dağlardan gizlənməkdir. Onların bizə, Türkiyəyə qarşı bütün təhdidləri mənasızdır. Hara gedirlərsə, getsinlər, gərəyi nədirsə, ona da layiq görüləcəklər".

Bu arada Ərdoğan da məclisin qərarını alqışlayıb. Prezident HDP-li deputatlara sərt mesaj verməyi də unutmayıb: "Terroru dəstəkləyən, terrorçuları qoruyan, bəsləyən, onlara arxa duran, sivil siyasətdən çıxan HDP-lilər dərslərini alacaqlar".  


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA