19-05-2016 [13:13]
Azərbaycanda «Yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında ictimai təşəbbüslərin gücləndirilməsi» adlı layihəyə start verilib.
Layihə «Jurnalistika və İnkişaf Mərkəzi» İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilir. Bu barədə məlumat verən təşkilat sədri Elməddin Muradlı bildirib ki, layihənin məqsədi yol hərəkəti təhlükəsizliyinin təmin olunması sahəsində əsas problemlərin müyyənləşdirilməsi, nəticələrin ictimai müzakirəsinin təşkili və təhlil edilməsi, eləcə də bu sahədə olan problemlərin aradan qaldırılmasında ictimai təşəbbüslərin gücləndirilməsidir: «Bütün dünyada olduğu kimi, Azərbaycanda da «təkərlər üzərində ölüm» halları aktual problemlərdən biri olaraq qalır. Yol hərəkəti təhlükəsizliyinin idarə edilməsi sahəsində zəif potensial, bəzi yolların pis vəziyyətdə olması, sürücülərin sərbəst davranışı, nəqliyyatın qeyri-qənaətbəxş texniki vəziyyəti və yol hərəkəti təhlükəsizliyi qanunvericiliyinin pərakəndə şəkildə tətbiq edilməsi, üstəlik, nəqliyyat vasitəsinin sayının həndəsi silsilə ilə artması yol qəzaları nəticəsində yetirilən xəsarətlərin və bədbəxt hadisələrin sayının sürətlə artmasının əsasını təşkil edir. Son illərin sitatisikasi göstərir ki, bu gün yol qəzalarında ölənlərin və xəsarət alanların sayı çoxdur».
E.Muradlı bildirib ki, qanunların sərtləşdiriliməsi və cəzaların daha da artmasına baxmyaraq, yol hərəkəti təhülkəsizliyinin təmin olunmasında problemlər mövcuddur: «Jurnalistika və İnkişaf Mərkəzi» İctimai Birliyi hesab edir ki, yol hərkəti təhülkəsizliyinin təmini sahəsində zərərin azaldılması və təhlükəsizliyin təmin edilməsinin təşkilində yeni metodların və təşəbüsslərin axtarılıb tapılmasına ehtiyac var. «Jurnalistika və İnkişaf Mərkəzi» İctimai Birliyi mövcüd problemləri yaradan əsas səbəblərin öyrənilməsini və nəticələrin müzakirəsini, təhlil edilməsini aktual hesab edir. Bu məqsədlə «Yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında ictimai təşəbbüslərin gücləndirilməsi» layihənin icrasını həyata keçirimək vacibdir.
Layihə çərçivəsində sürücüləri avtomobillərdə olan odsöndürən balonlardan, dərman qutusundakı dərman və digər vasitələrdən istifadə qaydaları ilə tanış etmək, məlumatlandırmaq və bu məlumatların Şuranın dəstəyi ilə 2014-cü ildə yaradılmış Avtosfer.az saytında yayılmasını təmin etmək də nəzərdə tutulur. Bundan əlavə, məlum olduğu kimi, 2016-cı ilin iyununda Bakıda «Formula-1» yarışı keçiridəcək. Təşkilat olaraq bu yarışın keçirilməsinə və yüksək səviyyədə baş tutmasına ictimai dəstək göstərməyi nəzərdə tuturuq.
İlk növbədə yarış barədə məlumatların mütəmadı yayılmasını təmin edib bu yarışla bağlı təbliğat işini gücləndirmək nəzərdə tutulur. Yarış müddətində Bakıda yollarda hərəkət istiqaməti dəyişdiriləcək və bu da digər sürücülər üçün problem yarada bilər. Odur ki, yarış müddətində istiqaməti dəyişdirilən yollar barədə mütəmadi olaraq məlumatların verilməsi, bu məlumatlarda bağlı yolların xəritələrinin sürücülərə çatdırılması vacibdir».
Məqsədə çatmaq üçün qarşıya qoyulan vəzifələr yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında tədqiqat yolu ilə mövcud vəziyyətin və problemlərin öyrənilməsi, yol hərəkəti iştirakçılarının yol hərəkəti sahəsində şüurunun, onların Dövlət Yol Polisinin əməkdaşları ilə qarşılıqlı əlaqələrinin formalaşdırılması, yol hərəkəti təhlükəsizliyinin təmin olunması məsələləri üzrə biliklərin tədqiqi təşviqi və təbligi, küçə və yollarda əhalinin yol hərəkəti təhlükəsizliyi qaydalarına riayət etməsi məqsədilə ictimai-profilaktiki və təsrili tərbiyəvi təbliğat metodlarının müəyyənləşdirilməsi və yol mədəniyyətinin təbliğidir. Layihə 4 ay müddətində Bakı, Şamaxı, Qəbələ, Naftalan və Göygöl şəhərlərində icra olunacaq.
CHP lideri İstanbulda mitinqdə xalqı küçələrə çağırdı: "Hamınızı meydanlara, dirənməyə səsləyirəm"
ABŞ avropalı rəsmilərə viza qadağası qoyub - Avropa Parlamentinin prezidenti etiraz etdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Prezident ad günündə ailə üzvləri ilə bir arada - FOTOLAR
21 ilin kollec direktoru vəzifəsindən azad olunub
8 ildir axtarılan FETÖ üzvü qardaşının şəxsiyyət vəsiqəsiylə tutulub
"Fənərbağça" prezidenti saxlanıldı - Narkoticarət ittihamı ilə
Prezident İlham Əliyev Ağdamda - FOTOLAR (Yenilənib)
PA-nın vəzifəli şəxslərinin qəbul günləri - CƏDVƏL
Sadır Japarov İlham Əliyevə təbrik məktubu ünvanlayıb - MƏTN
Volkan Dəmirəl "Antalyaspor"la anlaşıb, lakin...
Müğənninin ölümündə "əl"i olan qızını həbsxanada döyüblər
MHP lideri liderindən diqqətçəkən açıqlama: "Qəza düşündürücüdür..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bakıda fantastik olay: bir qadın iki məktəbdə direktorluq edir
Tanınmış neyrocərrah Rəşid Musayevin 84 yaşı tamam olur
2025-ci ilin ikinci yarısında Veysəloğlu Şirkətlər Qrupu hansı uğurlara imza atdı… - VİDEO
Ərdoğan İlham Əliyevə zəng edib
Daha iki kollecdə təyinat olub
İsrail prezidenti İlham Əliyevə zəng edib
Leysan və qar yağacaq - Xəbərdarlıq
Sumqayıtda yenə qaz olmayacaq
Xankəndidə Zəfər parkı açıldı - İlham Əliyev tərəfindən + FOTOLAR
Daha bir bloger narkoman çıxdı - FOTOLAR
Qəzza yenə bombalanıb - Bir nəfər ölüb, yaralılar var
Tokayev İlham Əliyevə zəng edib
İrakli Kobaxidze İlham Əliyevə zəng edib
Bakı-Sumqayıt yolunda avtobus yanıb
Sabah dağlıq rayonlarda qar yağacaq
Nazirlik Rafael Ağayevi niyə tədbirə çağırmadı? - Məşhur idmançı "heç nə danışmayacam" deyir
Saç testində kokain qəbul etdiyi üzə çıxan klub prezidenti qəzəbləndi: "Təkrar ekspertiza tələb edirəm"
Putin Azərbaycan prezidentinə zəng edib
Özbəkistan Prezidenti lham Əliyevə zəng edib
Əşirət lideri Ankaranın mərkəzində oğlunu güllələdi - FOTO
Xırdalanda iki aylıq körpə qidadan boğulub
İcra başçısı sakinin 100 manatına ehtiyac duyub - Məhkəmə qalmaqalı
7 komanda cəzalandırılacaq - Super Liqada
"Fənərbağça" prezidentinin saç testi açıqlandı - Kokain aşkarlandı
PUTİN ƏLİYEVƏ MƏKTUB GÖNDƏRDİ: "Bu, şübhəsiz, xalqlarımızın maraqlarına cavab verir"
Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi dərc olunub
Qazimiz Türkiyədə vəfat edib