Avropa Şurasının həmməruzəçisi Andreas Herkel yeni məruzəçi ilə əvəzlənəcək

img

05-04-2010 [04:15]


Avropa Şurası tərəfindən Azərbaycan üzrə yeni həmməruzəçi təyin olunacaq. Bu barədə YAP-in rəsmi saytına Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib. S.Seyidov bildirib ki, Andreas Herkelin məruzəçi kimi səlahiyyət müddəti başa çatdığı üçün o, yeni məruzəçi ilə əvəzlənəcək. Yeni məruzəçinin müəyyənləşməsinin Avropa Şurasının səlahiyyətində olduğunu deyən nümayəndə heyətinin rəhbərinin sözlərinə görə, təyinatın AŞ PA-nın iyun sessiyasından sonra olacağı gözlənilir. ?Azərbaycan üzrə yeni məruzəçinin kim olacağını indidən demək mümkün deyil. Bu, Avropa Şurasının səlahiyyətində olan məsələdir. İstəyirik ki, yeni məruzəçi öz işini yüksək səviyyədə həyata keçirsin. Bu şəxs Avropa Şurasının dəyərlərini həyata keçirməklə yanaşı, öhdəliklərin icrasını monitorinq edir. Məruzəçi ölkənin daxili işlərinə qarışmamalı, hansısa tərəf tutmaqdan uzaq olmalıdır. Ümid edirik ki, belə də olacaq? deyə S.Seyidov bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA