Keçmiş məhbus baş prokuror təyin edildi - Poroşenkodan ilginc qərar

img

12-05-2016 [22:56]


Ukrayna prezidenti Pyotr Poroşenko sabiq daxili işlər naziri Yuri Lutsenkonu ölkənin baş prokuroru vəzifəsinə təyin olması barədə fərman imzalayıb.

Bundan əvvəl Ali Rada Lutsenkonun baş prokuror vəzifəsinə namizədliyini dəstəkləyib.

Qeyd edək ki, Y.Lutsenko 2005-2010-cu illərdə iki dəfə Ukraynanın daxili işlər naziri vəzifəsində çalışıb. 2010-cu ildə o, böyük məbləğdə dövlət vəsaitlərini israf etməkdə təqsirləndirilərək həbs olunub.

İki il davam edən istintaqdan sonra Lutsenko təqsirli bilinərək şəxsi əmlakı müsadirə olunmaqla 4 il müddətinə azadlıqdan məhrum edilib.

2013-cü ilin aprelində Lutsenko prezidentin fərmanı ilə əfv olunub.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA