11-05-2016 [22:00]
Ermənistanın sabiq prezidenti Robert Koçaryan Qarabağa gəlib.
Koçaryan burada Qarabağdakı separatçı rejimin lideri Bako Saakyanla görüşüb.
Ermənistan mətbuatının verdiyi informasiyaya əsasən, tərəflər arasında görüş zamanı Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində aprelin əvvəlində baş vermiş dörd günlük müharibə və onun nəticələri geniş müzakirə olunub(ANS).
Onu da qeyd edək ki, son vaxtlar Ermənistan rəhbərliyinin və siyasi xadimlərinin Dağlıq Qarabağa səfərləri artıb.
Mayın 3-də Ermənistanın ilk prezidenti, erməni milli konqresinin lideri Levon Ter-Petrosyan işğal altında olan Dağlıq Qarabağa gedib. O, qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti Bako Saakyanla görüşüb.
Ter-Petrosyan Qarabağa sonuncu dəfə 2007-ci ildə səfər edib. Cəbhə xəttində vəziyyət gərginləşəndən sonra Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan da Dağlıq Qarabağa səfər edib.
Daha əvvəl Sarkisyan gecə saatlarında qondarma rejimin "rəhbərliyi" ilə müşavirə keçirib. Müşavirədə separatçı rejimin rəhbəri Bako Saakyan, eləcə də hərbçilər iştirak ediblər. Bu zaman təmas xəttindəki hərbi vəziyyət də müzakirə edilib.
Bundan əlavə mayın 8-9 aralığında Ermənistanın baş naziri Ovik Abramyan Dağlıq Qarabağa səfəri çərçivəsində qondarma QDR hökumətinin başçısı Bako Saakyanla görüşüb. Görüş zamanı təmas xəttindəki vəziyyət müzakirə edilib. Cəbhədə baş verən son hadisələrdən qorxuya düşən Ermənistan hərbi hazırlığın artırılmasının əsas öhdəlik olduğunu düşünür.
Onu da bildirək ki, cəbhədə vəziyyət gərginləşdikdən sonra - aprelin 4-də Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi Azərbaycan Ordusunun vurduğu dəqiq cavab atəşi ilə darmadağın edilib. Qarşı tərəfin çoxlu sayda hərbi qulluqçusu - polkovnik və general rütbəli zabitləri də zərbə nəticəsində məhv edilib.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BU DÖVLƏT ŞİRKƏTLƏRİ ÖZƏLLƏŞDİRİLƏCƏK - Asiya İnkişaf Bankı araya girdi, görüş oldu (SİYAHI)
İtaliya prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
İtaliya Prezidenti Bakıda - İlham Əliyevlə görüş oldu, birgə mesajlar verildi + FOTOLAR (YENİLƏNİB)
Xırdalan parkını itlər "işğal" edib: "Ərazidə 3 məktəb var, bir faciə baş verərsə..."
İsraildən həbs əməliyyatı: azad olunan 40 fələstinli yenə saxlanılıb
TRAMP QƏZZA PLANI İLƏ BAĞLI HƏMAS-a VAXT VERDİ: "3-4 günləri var"
AYNA: böyük məbləğdə tendersiz satınalmalar və... - SİYAHI
Oktyabrın 2-dək güclü külək əsəcək - Xəbərdarlıq
Azərbaycan və Belarus baş nazirləri görüşüb - Minskdə
Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək - "Qarabağ"ın oyununa görə
“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib - FOTOLAR
AYNA-ya əlavə səlahiyyətlər verildi - DƏYİŞİKLİK
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident baş prokurorun müavininə ali rütbə verdi - Sərəncam
Ceyhun Bayramov ABŞ rəsmilərini qəbul edib - Müzakirə
Qəzzada itki: ölənlərin sayı artıb
“Nar”ın rəhbərliyində dəyişiklik olub
Oktyabr ayında hava necə olacaq? - Proqnoz
Mislinin 50 qəpiyə 10 min uduş, yoxsa... - Mislinin növbəti kampaniyası pis vərdişlərə dərin iz açır
Cabir İmanov dəfn edilib... - VİDEO, FOTOLAR (Yenilənib)
"Yaşıl enerji məkanı" üzrə Alt İşçi qrupun III iclası keçirilib
Peşə təhsili müəssisələrinin siyahısı genişləndirilib
“Bəzi qüvvələr Cabiri bir az mənfi tərəfdən..." - Tahir İmanov qardaşı ilə vida mərasimində + VİDEO
Zahid Oruc yazır: "Dünya Azərbaycanın 90-cı illərini yaşayır"
“Özü 3-4 dəfə ərə gedib, həyatı pis gündədir, mənə deyir ki, niyə ərə getmirsən?" - VİDEO
"Mənə göstərilən etimada görə..." - Ayxan Abbasovdan açıqlama
Çin Türkiyənin enerji sektoruna sərmayə qoyacaq - 250 milyon dollar müəssisə qurulur
Əcnəbilərə icbari tibbdan istifadə imkanı yaradılacaq
"Azəriqaz"ın şöbə müdiri bu İnstituta prorektor təyin olundu - Nazirdən maraqlı dəyişiklik
Azərbaycan daha bir ölkədə səfirlik açacaq - Parlament qərar verdi
Rövşən Nəcəf Ayxan Abbasovla görüşdü - FOTO
Sabah yağış yağacaq
"Qalatasaray" - "Liverpul" matçı TRT 1-də yayımlanacaq
Parlamentin qanunvericilik işləri planı qəbul olunub
Madaqaskarda tez-tez işıq, su kəsildi, xalq ayağa qalxdı - Hökumət tam tərkibdə istefaya göndərildi
Qarabağ klubu: "Stadiona tez gəlin"
İzmirdə FETÖ-yə qarşı əməliyyat: 35 nəfər tutulub