09-05-2016 [17:03]
"İran İslam Respublikasının regional sahil sularında beynəlxalq hüququn müəyyən etdiyi sərhədlər xaricində heç bir iddiası yoxdur”.
Bunu İranın müdafiə naziri Hüseyn Dehgan bildirib. Nazir İranın dini lideri ayətullah Əli Xameneyinin bir fikrini şərh edərkən, belə deyib.
Xatırladaq ki, Xameneyi Fars körfəzinin və Oman dənizinin bir hissəsində hegemonluq haqqının yalnız İran İslam Respublikasına aid olduğunu vurğulamışdı. Ona bu sözləri dedizdirən isə ABŞ-ın digər körfəz ölkələriylə bərabər Oman dənizi və Fars körfəzində hərbi manevr keçirməsi idi. Manevri öz suverenlik haqlarına təhdid kimi qiymətləndirən İran rəsmiləri Fars körfəzini gəmi hərəkətlərinə bağlayacaqlarına eyham vurmuşdular. Dünya neft hasilatının 3/1-nə sahib olan və onun dünya bazarına tranzitində mühüm rol oynayan körfəzin bağlanması qlobal sənayeni alt-üst edəcəyindən çəkinən güc mərkəzləri bu təhdiddən ciddi narahat olmuşdular.
Dünya sənayeçilərinin ürəyini azına gətirən bu açıqlamanı şərh edən Dehgan daha sonra bildirib:
"İnqilab rəhbərinin buyruqları özünümüdafiəmizi təminat altına almaq, gözlənilən hücumları dəf etmək, torpaqlarımızı qorumaq üçün hava, quru və dəniz sahəsində bizə bu icazəni verən hüquqların çərçivəsindən bəhs edir. Nüfuzumuz altındakı bölgələrdə manevr keçirmək üçün bizə heç bir məhdudiyyət qoyula bilməz. Bu gün Amerika və ona bağlı olan Səudiyyə Ərəbistanının puluyla idarə olunan dövlətlər bu sularda heç bir mənfəətlərinin olmadığını iddia edirlər. Buna baxmayaraq, Amerika və regional güclərin bölgədəki varlığını təmin edənlər bu güvənsiz ortamın günahını İranın üzərinə atırlar”.
Dehgan regiondan çox-çox uzaqlarda yerləşməsinə baxmayaraq, Yaxın Şərqdə hərbi qüvvələrini yerləşdirən "özgələrin” əslində məzhəb müharibələrini çıxaran əsas güc olduqlarını da vurğulayıb:
"Minlərlə kilometr kənardan gəlib bölgədə dinclik və təhlükəsizliyi təmin edəcəklərini iddia edənlər bilməlidir ki, sabitsizliyin əsl səbəbi onların bölgədəki varlıqlarıdır”.
Strateq.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BU DÖVLƏT ŞİRKƏTLƏRİ ÖZƏLLƏŞDİRİLƏCƏK - Asiya İnkişaf Bankı araya girdi, görüş oldu (SİYAHI)
İtaliya prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
İtaliya Prezidenti Bakıda - İlham Əliyevlə görüş oldu, birgə mesajlar verildi + FOTOLAR (YENİLƏNİB)
Xırdalan parkını itlər "işğal" edib: "Ərazidə 3 məktəb var, bir faciə baş verərsə..."
İsraildən həbs əməliyyatı: azad olunan 40 fələstinli yenə saxlanılıb
TRAMP QƏZZA PLANI İLƏ BAĞLI HƏMAS-a VAXT VERDİ: "3-4 günləri var"
AYNA: böyük məbləğdə tendersiz satınalmalar və... - SİYAHI
Oktyabrın 2-dək güclü külək əsəcək - Xəbərdarlıq
Azərbaycan və Belarus baş nazirləri görüşüb - Minskdə
Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək - "Qarabağ"ın oyununa görə
“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib - FOTOLAR
AYNA-ya əlavə səlahiyyətlər verildi - DƏYİŞİKLİK
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident baş prokurorun müavininə ali rütbə verdi - Sərəncam
Ceyhun Bayramov ABŞ rəsmilərini qəbul edib - Müzakirə
Qəzzada itki: ölənlərin sayı artıb
“Nar”ın rəhbərliyində dəyişiklik olub
Oktyabr ayında hava necə olacaq? - Proqnoz
Mislinin 50 qəpiyə 10 min uduş, yoxsa... - Mislinin növbəti kampaniyası pis vərdişlərə dərin iz açır
Cabir İmanov dəfn edilib... - VİDEO, FOTOLAR (Yenilənib)
"Yaşıl enerji məkanı" üzrə Alt İşçi qrupun III iclası keçirilib
Peşə təhsili müəssisələrinin siyahısı genişləndirilib
“Bəzi qüvvələr Cabiri bir az mənfi tərəfdən..." - Tahir İmanov qardaşı ilə vida mərasimində + VİDEO
Zahid Oruc yazır: "Dünya Azərbaycanın 90-cı illərini yaşayır"
“Özü 3-4 dəfə ərə gedib, həyatı pis gündədir, mənə deyir ki, niyə ərə getmirsən?" - VİDEO
"Mənə göstərilən etimada görə..." - Ayxan Abbasovdan açıqlama
Çin Türkiyənin enerji sektoruna sərmayə qoyacaq - 250 milyon dollar müəssisə qurulur
Əcnəbilərə icbari tibbdan istifadə imkanı yaradılacaq
"Azəriqaz"ın şöbə müdiri bu İnstituta prorektor təyin olundu - Nazirdən maraqlı dəyişiklik
Azərbaycan daha bir ölkədə səfirlik açacaq - Parlament qərar verdi
Rövşən Nəcəf Ayxan Abbasovla görüşdü - FOTO
Sabah yağış yağacaq
"Qalatasaray" - "Liverpul" matçı TRT 1-də yayımlanacaq
Parlamentin qanunvericilik işləri planı qəbul olunub
Madaqaskarda tez-tez işıq, su kəsildi, xalq ayağa qalxdı - Hökumət tam tərkibdə istefaya göndərildi
Qarabağ klubu: "Stadiona tez gəlin"
İzmirdə FETÖ-yə qarşı əməliyyat: 35 nəfər tutulub