AŞ PA sədri Mövlud çavuzoğlu Azərbaycana gəlir

img

02-04-2010 [02:45]


Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Mövlud Çavuşoğlu 14-16 aprel tarixlərində bu beynəlxalq təşkilatın rəhbəri postunda Azərbaycana ilk rəsmi səfərini edəcək. AŞ PA rəhbəri səfər zamanı Azərbaycanın rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirməyi və qurumun ölkəmizlə əməkdaşlıq perspektivlərini müzakirə etməyi planlaşdırır. Xatırladaq ki, Türkiyənin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin keçmiş rəhbəri Mövlud Çavuşoğlu cari ilin yanvar ayında sözügedən təşkilatın yeni sədri vəzifəsinə seçilib. 41 yaşlı türk siyasətçinin namizədliyinə assambleya üzvlərinin əksəriyyəti səs verib. O iki il müddətinə AŞ PA-ya rəhbərlik edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA