"Necə ki, bu vəzifəni ona təhvil verdim, elə də..." - Ərdoğan Davudoğlunun istefasından danışdı

img

06-05-2016 [16:31]


Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, baş nazir Əhməd Davudoğlunun vəzifəsindən istefa verməsi dünya mətbuatının əsas müzakirə mövzusudur.

Türkiyə mediası xəbər verir ki, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Davudoğlunun qərarına münasibət bildirib.

"Baş nazirlə aparılan danışıqlardan sonra o, AKP-nin fövqəladə qurultayını çağıracağını bildirdi. Mən də "xeyirli olsun” dedim. Necə ki, bu vəzifəni ona təhvil verdim, o da başqasına verər. Bu prosesin uzanması zərər verə bilərdi” – deyə, qeyd edib.

Türkiyə rəhbəri ölkədəki idarəçilik üsulunun qənaətbəxş olmadığını da vurğulayıb: "Mən öz partiyama (AKP) üzv ola bilmirəm. Partiya ilə əlaqələrim kəsilib. Bu doğru deyil"(Modern.az).

Qeyd edək ki, may ayının 22-də AKP-nin növbədənkənar qurultayı keçiriləcək. Davudoğlu qurultayda partiya sədrliyinə namizədliyini verməyəcəyini bəyan edib. Bununla da o, avtomatik olaraq baş nazir vəzifəsindən getmiş sayılır. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA