06-05-2016 [12:56]
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, "İki sahil” qəzetinin baş redaktoru, Əməkdar Jurnalist Vüqar Rəhimzadənin "Söz və mətbuat azadlığı demokratik inkişafın əsası kimi: Azərbaycan təcrübəsi” adlı monoqrafiyası çapdan çıxıb.
Mia.az xəbər verir ki, elmi redaktoru və "Ön söz”ün müəllifi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov olan monoqrafiya 3 fəsildən ibarətdir.
"Söz azadlığına siyasi-hüquqi yanaşma” adlı birinci fəsildə azadlıq kateqoriyası sosial-mənəvi kriteriya və cəmiyyətin inkişaf səviyyəsi kimi nəzərdən keçirilir. Qeyd edilir ki, müasir cəmiyyətlərdə azad KİV demokratiyanın, siyasi plüralizmin və sosial-mədəni çoxyönlülüyün inkişafının əsas təkanverici qüvvəsidir. İnsan hüquqlarına dair konsepsiyaların müqayisəli təhlilinə geniş yer ayıran müəllif monoqrafiyada azadlıq anlayışının sosial-siyasi dəyərlərini, səciyyəvi cəhətlərini, vətəndaş cəmiyyətində insan hüquq və azadlıqlarının inkişaf xüsusiyyətlərini, söz və mətbuat azadlığının, plüralizmin mahiyyətini tarixi və müasir inkişaf kontekstində təhlil edir.
Monoqrafiyanın "Söz və mətbuat azadlığı demokratik inkişafın göstəricisi kimi” adlı ikinci fəslində mətbuatda fəaliyyət azadlığı və sosial məsuliyyət amili, söz və mətbuat azadlığı sahəsində beynəlxalq hüququn norma və prinsipləri, eyni zamanda, qlobal internet şəbəkəsində ifadə azadlığına müasir baxışı əks etdirən müəllif araşdırması böyük maraq doğurur.
"Azərbaycan mətbuatının inkişaf istiqamətləri: Yeni media erasına keçid” adlı üçüncü fəsildə isə nəzəri problemlərin təhlili fonunda Azərbaycan milli mətbuatının tarixi, təşəkkülü və inkişaf istiqamətləri araşdırılır, söz azadlığı və müstəqil mətbuatın inkişafında ümummilli lider Heydər Əliyevin rolundan, Prezident İlham Əliyevin bu sahədəki fəaliyyətindən geniş bəhs edilir və mətbuat azadlığının siyasi-hüquqi təminat məsələsi elmi-siyasi baxımdan nəzərdən keçirilir.
Kitabda ulu öndər Heydər Əliyevin mətbuata diqqət və qayğısı və sonrakı dövrdə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi əsaslı şəkildə araşdırılıb. Monoqrafiyada bu reallıq öz əksini tapıb ki, Azərbaycan dövləti sivil dəyərlərə hörmətlə yanaşmanı özünün daxili və xarici siyasətində təsdiqləyir.
Monoqrafiyada qeyd edilib ki, Ulu Öndərin milli qanunvericiliyin təkmilləşdirilməsi, dünyanın bütün ölkələrinin milli hüquq sistemlərinə uyğunlaşdırılması ilə həyata keçirilməsini nəzərdə tutaraq atdığı hər bir addım, verdiyi hər bir təklif müstəqil Azərbaycanda söz və mətbuat azadlığına dövlət təminatı, Prezident qayğısının təzahürü idi. Həmçinin vurğulanıb ki, İlham Əliyevin Prezident seçilməsi ilə ölkə həyatının bütün sahələrində olduğu kimi, ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirməklə söz və mətbuat azadlığı sahəsində də geniş perspektivlər açılıb. Müasir Azərbaycan reallığında mətbuatın bəşəri, demokratik keyfiyyətləri daha qabarıq şəkildə özünü büruzə verir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə gedən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılmaqdadır. Azərbaycanda beynəlxalq standartlara cavab verən kütləvi informasiya vasitələrinin mövcudluğu məhz bu reallığın nəticəsi olaraq qiymətləndirilə bilər. Azərbaycan Prezidenti İlham Əliyev ölkədə azad sözün, mətbuatın qarantı kimi çıxış edir və bunu əməli işi ilə təsdiqləyir. Prezident İlham Əliyev hər zaman bildirir ki, siyasi əqidəsindən və baxışlarından asılı olmayaraq, hər bir jurnalistin və mətbuat işçisinin hüquqları dövlət tərəfindən qorunur. Bütün Azərbaycan mətbuatının perspektivi ilə bağlı düşüncələr isə yetərincə ürəkaçan mənzərə yaradır.
Monoqrafiyada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin mətbuatın inkişafı istiqamətində həyata keçirdikləri işlərə, media nümayəndələri ilə görüşlərinə dair fotoşəkillər də öz əksini tapıb.
Oxucular və jurnalistlər üçün dəyərli vəsait olan bu monoqrafiyanın rəyçiləri siyasi elmlər doktoru, professor Hadi Rəcəbli, siyasi elmlər doktoru, professor Aqiyə Naxçıvanlı və siyasi elmlər doktoru, Bakı Dövlət Universitetinin professoru Hikmət Məmmədovdur.
Bu şəxslərin təhsili haqqı dövlət tərəfindən ödəniləcək - Yeni qanun
Bakı və rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Ruben Vardanyanın məhkəməsi davam etdirilir
Fəzail Ağamalı ilə vida mərasimi başlayıb - FOTOTLAR (Yenilənir)
Ceyhun Bayramov ABŞ Ticarət Palatasının baş vitse-prezidentini qəbul edib - Açıqlama
ONLAR RƏİS TƏYN EDİLDİ - Gömrükdə təyinatlar
Nəriman Axundzadə ABŞ komandasına keçdi - Açıqlama
Milli Məclisin iclası başlayıb
Qədr (Əhya) gecələrinin tarixləri məlum olub
ABŞ İRANA 4 ŞƏRT İRƏLİ SÜRÜB - Siyahı
PENSİYA NƏ QƏDƏR ARTDI? - Açıqlama (Yeniənib)
“Bravo”nun filial müdirinin müavinini döyüldü - Səbəb + Təfərrüat
Fazil Mustafa: "İcra hakimiyyəti mütləq lazımdır"
Futzal Federasiyasının prezidentinə cinayət işi açıldı, qardaşı axtarışa verildi - Zaur Axundova şok ittiham var (Yenilənib)
Azərbaycan neftinin qiyməti 71 dolları ötdü
Bu burc sahibləri etibarlı olurlar!
“İdeal Motors”un vergi borcu artıb
Maksvell sevgilisi Epşteynlə bağlı suallara cavabdan imtinna etdi
Doğum gününüz mübarək, Əli müəllim!
İranda siyasətçilərin həbsi başlayıb - Saxlanılanlar arasında XİN başçısının keçmiş müavini də var
İsrail Qəzzaya ağır zərbələr endirdi - Azı 9 nəfər ölüb
"Qaziantep" 3 xalı 2 qol və 10 nəfərlə qazandı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qurban Qurbanovun qızının toyu olub - VİDEO
Fəzail Ağamalı vəfat edib - Türkiyədə (Yenilənib)
Türkiyədə daha bir məşqçi istefaya göndərildi - Mərc oyununa görə
Aybəniz Haşımova: “...həmişə şad olacaqsınız”
Vüqar Məmmədovun həbs müddəti uzadılıb
ABŞ daha bir tankerə "əl qoydu"
AXCP-nin Abşeron rayon şöbəsinin sədri həbs edilib
İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib - Müzakirə + FOTOLAR (Yenilənib)
ƏLİ KƏRİMLİ, RAMİZ MEHDİYEVİN SABİQ KÖMƏKÇİSİ, MÜŞAVİR BARƏDƏ YENİ QƏRAR VERDİ - Yenilənib
Dövlət qulluğuna qəbul proqramına dəyişiklik olunub
Yazıçılar Birliyindən üzvlük haqqı ilə bağlı - Açıqlama
Regional Mədəniyyət İdarəsinə rəis əvəzi təyin olunub
Ramiz Mehdiyevin həbs müddəti bitir - Hansı qərar veriləcək?
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq