Rusiyada agentlik direktoru öldürüldü - Jurnalistə 7 bıçaq zərbəsi vuruldu

img

05-05-2016 [21:18]


Moskvada jurnalist, "Milli xəbərlər xidməti” agentliyinin direktoru Aleksandr Rubtsov qətlə yetirilib. 

Onun 35 yaşı vardı. Həmkarlarının sözlərinə görə jurnalist mayın 3-də öldürülüb və mənzili qarət edilib. Bədənində 7 bıçaq yarası və ciddi zədələr, döyülmə izləri aşkar edilib. Onun meyitini bayram günləri Kaluqadan oğluna baş çəkməyə gələn anası aşkar edib.

 Agentlik qətlin onun peşə fəaliyyəti ilə bağlı olmasını istisna edir. Amma qatilin tanış olduğu və Saşanın onu evə özü buraxdığı güman edilir.

Artıq qatilin fotosu da var , axtarış gedir.

azadliq.info


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA