Azərbaycan əsgərini elektrik cərəyanı vurub öldürdü

img

01-04-2010 [04:58]


Martın 31-də Yevlax rayon sakini Seymur Həsənovu elektrik cərəyanı vurması nəticəsində ölüb. DİN-in mətbuat xidmətindən verilən məlumata görə, faktla bağlı araşdırmalar aparılır. Yevlax rayon prokurorluğundan isə Lent.az-a bildirilib ki, 1988-ci il təvəllüdlü Seymur Həsənov Azərbaycan Silahlı Qüvvələrinin qoşun növlərindən birində xidmət edib. Qusar rayonundakı N saylı hərbi hissəsinin əsgəri olan S.Həsənov 3 günlük məzuniyyətlə evlərinə - Yevlax rayonuna gəlibmiş. Axşam saatlarında dostugilin həyətində olarkən yağış nəticəsində nəm olan elektrik naqilinə əlini toxunan əsgəri elektrik cərəyanı vurub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA