Ağcabədi sakini arvadını və 3 yazlı oğlunu bıçaqladı

img

15-03-2010 [04:27]


Azərbaycanın Ağcabədi rayonunda bıçaqlanma hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 14-ü saat 15.00 radələrində, Ağcabədi rayon sakini Elmin Quliyev ailə münaqişəsi zəminində arvadı Asiməyə və oğlu, 2007-ci il təvəllüdlü İlkinə bıçaqla xəsarət yetirib. Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Quliyev tutularaq istintaqa cəlb olunub. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA