Bakı sakini öz avtomobilində dəm qazından boğulub

img

16-03-2010 [05:46]


Bakının Binəqədi rayonunda dəm qazından boğulma hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, quruma Binəqədi rayonunda 1 nəfərin avtomobil qarajında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-nin xilasediciləri müvafiq alət və avadanlıqlar vasitəsilə həmin qarajın qapısını kəsərək ora daxil olublar. Qaraja baxış keçirilərkən 47 yaşlı Fuad Maqsud oğlu Siraczadə avtomobilin içərisində hərəkətsiz vəziyyətdə aşkarlanıb. Keçirilmiş ilkin tibbi müayinə nəticəsində F.Siraczadənin dəm qazından boğularaq vəfat etdiyi müəyyən olunub. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA