04-05-2016 [15:15]
Bu gün Səbael rayon Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı cinayət işi çərcivəsində həbs edilən futbolçu Cavid Hüseynovun məhkəməsi davam edib.
Hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə ötən proses vəkil Adəm Məmmədovun vəsatəti əsasında əlavə şahid qismində "Qəbələ" klubunun meneceri Səbuhi Səfiyarlı və Zəfər Şərifov ifadə verib.
Klub meneceri ifadəsində bildirib ki, hadisə olan gün jurnalistlər ondan açıqlama istəyib. Hadisədən də həmin an xəbər tutub. Daha sonra Cavidə zəng edib və birlikdə xəstəxanaya, R.Əliyevin yanına gediblər: "Xəstə ilə danışdıq, vəziyyəti yaxşı idi. Deyirlər, guya biz həkimə pul təklfi eləmişik. Həmin gün Rasimdən başqa heç kimlə görüşməmişik. Belə bir şey olmayıb. Hətta xəstəxanadan çıxanda Rasimin Aydın adlı dostuna nömrəmi verdim ki, problem olsa, zəng edə bilər”.
Polis əməkdaşı Rasim Bağırov ifadəsində deyib ki, C.Hüseynov Şamaxıda polis postunda saxlanılıb və Səbael rayonu, 8-ci bölməsinə təhvil verilib.
Daha sonra C.Hüseynov məhkəmədə sərbəst çıxış edib. O bildirib ki, Rasimin dostu Aydın Mahmudovun ötən prosesdə verdiyi ifadəsində ziddiyyət var: "Aydın deyir ki, guya mən onlara pul təklif eləmişəm ki, polisə məlumat verməsinlər. Belə bir şey olmayıb. Səbuhi Allah şahididir, yanımda idi. Həmin ifadənin sübutlar siyahısından çıxarılmasını istəyirəm”.
Məhkəmə ziddiyətləri ortadan qaldırmaq üçün A.Mahmudovun növbəti prosesə gəlib ifadə verməsi barədə qərar çıxarıb.
Növbəti proses mayın 11-də davam edəcək(Lent.az).
Qeyd edək ki, Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı təqsirləndirilir. Bu iş üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər.
Bu şəxslərin təhsili haqqı dövlət tərəfindən ödəniləcək - Yeni qanun
Bakı və rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Ruben Vardanyanın məhkəməsi davam etdirilir
Fəzail Ağamalı ilə vida mərasimi başlayıb - FOTOTLAR (Yenilənir)
Ceyhun Bayramov ABŞ Ticarət Palatasının baş vitse-prezidentini qəbul edib - Açıqlama
ONLAR RƏİS TƏYN EDİLDİ - Gömrükdə təyinatlar
Nəriman Axundzadə ABŞ komandasına keçdi - Açıqlama
Milli Məclisin iclası başlayıb
Qədr (Əhya) gecələrinin tarixləri məlum olub
ABŞ İRANA 4 ŞƏRT İRƏLİ SÜRÜB - Siyahı
PENSİYA NƏ QƏDƏR ARTDI? - Açıqlama (Yeniənib)
“Bravo”nun filial müdirinin müavinini döyüldü - Səbəb + Təfərrüat
Fazil Mustafa: "İcra hakimiyyəti mütləq lazımdır"
Futzal Federasiyasının prezidentinə cinayət işi açıldı, qardaşı axtarışa verildi - Zaur Axundova şok ittiham var (Yenilənib)
Azərbaycan neftinin qiyməti 71 dolları ötdü
Bu burc sahibləri etibarlı olurlar!
“İdeal Motors”un vergi borcu artıb
Maksvell sevgilisi Epşteynlə bağlı suallara cavabdan imtinna etdi
Doğum gününüz mübarək, Əli müəllim!
İranda siyasətçilərin həbsi başlayıb - Saxlanılanlar arasında XİN başçısının keçmiş müavini də var
İsrail Qəzzaya ağır zərbələr endirdi - Azı 9 nəfər ölüb
"Qaziantep" 3 xalı 2 qol və 10 nəfərlə qazandı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qurban Qurbanovun qızının toyu olub - VİDEO
Fəzail Ağamalı vəfat edib - Türkiyədə (Yenilənib)
Türkiyədə daha bir məşqçi istefaya göndərildi - Mərc oyununa görə
Aybəniz Haşımova: “...həmişə şad olacaqsınız”
Vüqar Məmmədovun həbs müddəti uzadılıb
ABŞ daha bir tankerə "əl qoydu"
AXCP-nin Abşeron rayon şöbəsinin sədri həbs edilib
İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib - Müzakirə + FOTOLAR (Yenilənib)
ƏLİ KƏRİMLİ, RAMİZ MEHDİYEVİN SABİQ KÖMƏKÇİSİ, MÜŞAVİR BARƏDƏ YENİ QƏRAR VERDİ - Yenilənib
Dövlət qulluğuna qəbul proqramına dəyişiklik olunub
Yazıçılar Birliyindən üzvlük haqqı ilə bağlı - Açıqlama
Regional Mədəniyyət İdarəsinə rəis əvəzi təyin olunub
Ramiz Mehdiyevin həbs müddəti bitir - Hansı qərar veriləcək?
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq