Rus polisini öldürən daha bir həmyerlimiz tutuldu - Sərhəddə

img

04-05-2016 [11:52]


Rusiyada keçmi polis rəisi Andrey Qoştun ölümündə şübhəli bilinən daha bir şəxs saxlanılıb. 

AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Samara vilayəti üzrə idarəsinin rəisi Sergey Solodovnikov məlumat verib. Onun sözlərinə görə, cinayətdə şübhəli bilinən Məhəmmədəli Əhmədov Tacikistan-Əfqanıstan sərhədini keçməyə cəhd edərkən saxlanılıb. Məhz sonuncu saxlanılan şəxsin qatilləri polis rəisinin evinə gətirdiyi ehtimal edilir. 

Xatırladaq ki, aprelin 24-nə keçən gecə Rusiyanın keçmiş polis rəisi Andrey Qoşt və onun yaxınları İvaşevka kəndində öldürülüb. Cinayətdə şübhəli bilinən 3 nəfər saxlanılıb. Məhkəmə bütün saxlanılanları iyulun 2-nə kimi həbs edib. Cinayəti azərbaycanlılardan ibarət dəstə törədib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA