03-05-2016 [18:48]
Rövşən AĞAYEV, İqtisadçı
Dünya fond və maliyyə bazarlarında "balon partlaması" haqda çox eşitmisiniz. Sonuncu belə partlama 2007-2008-ci illərdə ABŞ-da ipoteka bazarı ilə paralel maliyyə bazarlarını əhatə edən tarixçəni hamı xatırlayır.
Spekulyativ qiymətlər - öz real dəyərindən yüksək qiymətə üfürdülmüş "balon qiymətləri" - əmlak bazarında yüksək qiymətlər yaratmışdı. Risk menecmentinə fikir vermədən həddən artıq böyük həcmdə ipoteka kreditləri ayrılmışdı, fond və maliyyə bazarlarında başlanan böhran əmlak bazarına keçən kimi qiymətlər sürətlə enməyə, ipotek kreditlərinin qaytarılmasında kəskin problem yaranan kimi Fannie Mae və Freddie Mac kimi ipoteka kreditləri çökməyə başladı.
Azərbaycanda "bank balonu"nun yüksək neft qiymətləri yaratdı. 2005-2014-cü ildə Azərbaycanın mənzil bazarında qiymətlər ən azı 6-7 dəfə bahalandı. 2000-2003-cü illərdə Azərbaycanda ildə maksimum 500-600 min kvmetr mənzil tikilirdi, 2006-2014-cü illərdə həmin göstərici 2-2.4 milyon kvmetr aralığında dəyşdi. Bank sektoru şişirdilmiş qiymətlərlə vətəndaşlara mənzil satan, ofis binası, ticarət-xidmət obyekti tikən tikinti şirkətlərini səxavətlə, amma sələmçi soyğunçuluğu ilə kreditləşdirməyə başladı. 2004-cü ilin sonuna olan məlumata görə, bankların inşaat sektoruna verdiyi kreditlər bütün kreditlərin 4%-dən də bir az çox idi - təxminən 200 milyon manat. Artıq 2014-cü ilin sonunda 15%-ə (təxminən 2.6 milyard manata) çatmışdı.
Köpüyü yaradan 2-ci mənbə istehlak kreditləri oldu - böyük neft pullarının stimullaşdırdığı nəhəng tikinti layihələri, bu layihələrin yaratdığı müvəqqəti və ya mövsümi də olsa, çoxsaylı iş yerləri, həmin iş yerlərindən alınan əmək haqlarının səxavətlə üz tutduğu istehlak kreditləri... 2004-cü ildə istehlak kreditlərinin ölkənin əmək qabiliyyətli əhalisinin hər nəfəri hesabı ilə həcmi 300 manat ətrafında idi, 2014-cü ildə 1600 manatı ötürdü. 2004-də bütün kreditlərin 27%-i, artıq 2014-də 42%-i istehlak kreditinin payına düşmüşdü. Bir bank sektorunun ki, kreditlərinin 60%-i spekulyativ və inhisarçı qiymətlərin formalaşdığı bazarlara məxsus məhsulların (və ya xidmətlərin) istehlakının genişləndirilməsinə xidmət edir, həmin bazarlardakı balonlar partlayan kimi, bank sektoru da onun ardınca partlamalıdır - başqa alternativ yoxdu. Başqa alternativ o olardı ki, kreditlərin 100 manatından azı 60 manatı dəyər yaradan real sektoru maliyyələşdirmiş olsun...
Bundan artıq uzun və yoruculuq olmasın deyə məsələnin məğzini qısa ümumiləşdirim. İllər uzunu yüksək faizlərlə insanları soyan "balonlar" indi də büdcənin üzərinə oturub. Beynəlxalq Bankın "zəhərli aktivləri"ni təmizləmək üçün büdcədən 3 milyard manat yardım edildi, söhbətlər var ki, əlavə 2-3 milyard manat da ayrıla bilər. Əlavə olaraq, Mərkəzi Bankın iri məbləğli mərkəzləşdirilmiş kredit resursarını nasos kimi sorur. İndi bu bankın ölkə iqtisadiyyatına bu qədər ziyan vurması müqabilində verdiyi faydaları da keyfiyyət göstəriciləri əsasında hesabat olaraq təqdim edən hökumət lazımdır.
İndi növbə daha bir banka yardım əlinin uzadılmasına çatdı - söhbət "Standartbank"dan gedir. İlkin olaraq hökumətin banka 6 ay müdətinə 15 milyon manat borc verdiyi deyilir. Məsələ verilən borcun məbləğindn deyil - prosesin nə dərəcədə şəffaf getməsindədi.
Problem ondadır ki, sağlamlaşdırmaya ehtiyac olan tək bu bank deyil. Ona görə də hökumət bank sektorunun sağlamlaşdırılması üçün parlamentdə və cəmiyyətdə müzakirə olunmaq şərtilə strategiyasını açıqlamalı, sağlamlaşdırmanın prinsip və meyarları, dəstəyin həcm və formalarıi, gözlənilən risklər və onların önlənməsi yolları, gözlənilən nəticələr - hamısı həmin sənəddə dəiqiq əks edirilməli və əsaslandırılmalıdır. Problemli kreditlər, kreditlərin yüksək konsetrasiyası (portfelin böyük hissəsinin az sayda borcgötürənlərin əlində cəmlənməsi), banklarda səmərəsiz xərcləmələr hesabına izafi xərclər səhv menecmentin, Mərkəzi Bank tərəfindən prusensial nəzarət tədbirlərinin effektiv olmasının nəticəsidi. Yanlış menecmentə görə məsuliyyət və cəza olmayacaqmı?
Ona görə də heç olmazsa, indiki prosesdə cəmiyyət üçün bütün məqamlar açıq olmalıdır: bank xilas olmaq üçün dövlətdən yardım almaq istəyirsə, rəsmi sahiblərini açıqlamağa borcludur (benefsiar sahiblər).
Problemli kreditlərinin həcmi, risk menecmentindən yol verilmiş yanlışlıqlar hesabat formasında ictimaiyyət üçün tam açıq olmalıdır. Dövlətdən dəstək alan bankların yaxın 5 ildə kredit strategiyası, risk menecmentinə yanaşması, bank xidmətlərinin inkişafı istiqamətində atacağı addımlar açıq müzakirlərdə ortaya qoyulmalıdır.
Belə şəffaf mühit olmayacaqsa, bank sektorunu xilas etmək mümkün olmayacaq.
İndi "balon partlaması"nı müşahidə edirik, indi "qaranlıq otaqlar"da qoyulan "bomba"lar 3-5 il sonra partlayacaq...
İcra başçısının köməkçisi işdən çıxarıldı - Sərxoş halda...
Tramp Xameneiyə mesaj verdi: "Çox narahat olmalıdır..." - ""Eşitdiyimə görə, İran..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ və İran rəsmiləri bir-birləri ilə dilləşiblər - Amerika rəsmiləri "Axios" maraqlı məlumat yaydı
Ərdoğan Misir prezidentinə "Togg" hədiyyə etdi
Tahir Kərimliyə ağır itki üz verib
ABŞ Suriyada 5 ardıcıl əməliyyat keçirib
Türkiyədə həbs edilən futbolçunun xanımı: "Onu 30 il cəza alanlarla bir yerdə niyə saxlayırlar?"
Türkiyə Kuboku: "Alanyaspor" 4 qolla qalib gəldi
ABŞ-İran görüşü dalana dirənib - Dövət katibi Türkiyədə görüşdən yayınan Tehrana elə şərt qoydu ki...
Göygölda 40 yaşlı şəxsi kim öldürüb?
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."