Azərbaycan Silahlı Qüvvələri 27 hərbçisini itirib, 25 nəfər yaralanıb

img

01-04-2010 [03:34]


2010-cu ilin yanvar-mart aylarında Azərbaycan Silahlı Qüvvələrində 27 hərbi qulluqçusunu itirib, 25 hərbçi yaralanıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə "Doktrina? Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin 2010-cu ilin birinci rübündə Azərbaycan Silahlı Qüvvələrində itkilərə dair hesabatında deyilir. Mərkəzdən verilən məlumata görə, müvafiq dövrdə 2 nəfər xəstəlikdən, 5 nəfər erməni gülləsindən, 6 nəfər intihar, 8 nəfər qeyri-nizamnamə hərəkətlərindən, 5 nəfər təyyarə və avtomobil qəzalarından, 1 nəfərsə müəmmalı haldan dünyasını dəyişib. İtkilər daha çox Daşkəsəndəki hərbi hissə baş verib (6 nəfər). Daha çox itkilərin olduğu hərbi hissələr isə Bakı (5), Füzuli (3 nəfər və Ağdam rayonları ərazisindədir. Yanvar ayında 9, fevralda 8, mart ayında isə 10 itki olub. İtkilərin tam əksəriyyəti ? 26 nəfəri Müdafiə Nazirliyinin, 1 nəfəri isə Daxili Qoşunların ?payı?na düşür. ?Doktrina? mərkəzinin məlumatına görə, 2010-cu ilin ilk rübündə Azərbaycan Silahlı Qüvvələri 25 hərbi qulluqçusu yaralanıb və ya müxtəlif cür bədən xəsarətləri alıb. Ötən dövrdə 6 nəfər erməni gülləsindən, 6 nəfər qeyri-nizamnamə hərəkətlərindən, 1 nəfər mina partlayışından, 12 nəfərsə avtomobil qəazasından yaralanıb və ya xəsarət alıb. ?Doktrina? mərkəzi hesab edir ki, cari ilin ilk rübündə baş verən itkilər ötən 5-6 ilin eyni dövrləri ilə müqayisədə təxminən 2 dəfə artıqdır. Xatırladaq ki, 2009-cu ildə Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda baş vermiş itkilərin ümumi sayı 63 nəfərdən artıq olmuşdu. Bu göstərici 2008-ci ildə ən azı 72 nəfər, Bu göstərici 2007-ci ildə 62, 2006-cı ildə 48, 2005-ci ildə 39, 2004-cü ildə 35, 2003-cü ildə isə 75 nəfər idi. 2009-cu ildə baş vermiş itkilərin 13-ü döyüş (8-i erməni gülləsi, 4-ü mina və sursat partlayışı, 1-i əməliyyat), qalanları isə qeyri-döyüş itkiləri idi. 2009-cu ildə qeyri-nizamnamə hərəkətlərindən 20, xəstəlikdən (zəhərlənmədən) 7, intihardan 6, qəzalardan 10, bədbəxt və naməlum hadisələrdən 7 hərbi qulluqçu dünyasını dəyişmişdi. Araşdırmalar göstərir ki, nizamnamədənkənar hadisələr həm də intiharlara, fərarilik hallarının artmasına səbəb olur. Cari ildə qeyri-nizamnamə hallarının pozulması üzündən baş vermiş itkilərin əsas səbəbləri ehtiyatsızlıq və hərbçilərin bir-birlərinə qarşı silah qaldırmasıdır. 2009-cu ildə də dünyasını dəyişənlərin əksər hissəsi Müdafiə Nazirliyinin hərbi qulluqçuları idi (55 nəfər). 2009-cu ildə 40 hərbi qulluqçu yaralanıb və ya xəsarət almışdı. "Doktrina" mərkəzinin hesablamalarına görə, 2003-2010-cu illərdə - 87 ay ərzində Azərbaycan SQ ən azı 421 hərbi qulluqçusunu itirib. Onun 154 nəfəri döyüş (127 nəfəri erməni gülləsi, 21 nəfər mina və sursat partlayışı, 4 nəfər əməliyyat tədbirləri), 269 nəfəri isə qeyri-döyüş (56 nəfər intihar, 42 nəfər qəza, 87 nəfər qeyri-nizamnamə hərəkətləri, 38 nəfər bədbəxt hadisələr, 16 nəfər müəmmalı və naməlum hadisələr, 30 nəfər müxtəlif xəstəliklər) itkiləridir. Ümumilikdə, 2003-cü ildən bəri bu və digər səbəblərdən yaralanan və xəsarət alan hərbi qulluqçuların sayı 328 nəfərdən çoxdur. İtkilərlə bağlı rəqəmlər "Doktrina" mərkəzinin KİV və EİV üzərində apardığı monitorinq nəticəsində ortaya çıxıb. Lakin araşdırmalar göstərir ki, Azərbaycan müdafiə və təhlükəsizlik sektorunda baş verən itkilərin bir çoxu mətbuata sızmır və məlumatlara görə, bu rəqəm itkilərin ümumi sayının təxminən 25-30 faizini təşkil edir. Beləliklə, təxmin olunan rəqəmlərə görə, 1994-cü ilin may ayından ? Azərbaycanla Ermənistan arasında atəşkəs müqaviləsinin imzalanmasından bəri Azərbaycan müdafiə və təhlükəsizlik sektorunun itkilərnin ümumi sayı 3500 nəfərə yaxındır. Araşdırmalar göstərir ki, Azərbaycan ordusunda itkilərə bir sıra amillər səbəb olur və onlara kompleks baxımdan yanaşmaq lazımdır, eyni zamanda itkiləri döyüş və qeyri-döyüş olaraq ayıraraq onlar yaradan səbəblərə fərqli yanaşmaq lazımdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA