Bakıda 26 yazlı qadın həyat yoldazını qətlə yetirib

img

05-04-2010 [02:09]


Bakının Yasamal rayonunda qətl hadisəsi baş verib. Hadisə aprelin 4-ü 1-ci Alatava massivi, ev 43-də qeydə alınıb. Həmin ünvanda yaşayan, 1983-cü il təvəllüdlü Vüsalə Elbrus qızı Süleymanova münaqişə zəminində, həyat yoldaşı, 28 yaşlı Seymur Nizami oğlu Süleymanovu bıçaqlayıb. Zərərçəkən aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Hadisəni törədən V. Süleymanova polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Yasamal rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA