Bakıda Avroatlantik Tərəfdazlıq Şurasının beynəlxalq konfransı keçiriləcək

img

01-04-2010 [03:16]


Aprelin ortalarında Bakıda Avroatlantik Tərəfdaşlıq Şurasının beynəlxalq konfransı keçiriləcək. Bu barədə Rumıniyanın Azərbaycandakı səfiri Nikolae Ureki məlumat verib. Onun sözlərinə görə, konfrans BMT Təhlükəsizlik Şurasının silahların ixtisarına dair qətnamənin yerinə yetirilməsinə həsr olunacaq. Konfransda NATO-ya üzv ölkələrin nümayəndələri, o cümlədən NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmonsun iştirakı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA