Daha bir jurnalistə vəzifə verildi

img

02-05-2016 [20:37]


Sumqayıt şəhər Bələdiyyəsinin Mətbuat xidmətinin rəhbəri vəzifəsinə jurnalist Vüsal Məmmədov təyin edilib. 

Qeyd edək ki, V.Məmmədov 2003-2007-ci illərdə Bakı Dövlət Universitetində Nəşriyyat işi və redaktəetmə ixtisası üzrə bakalavr, 2009-2011-ci illərdə eyni ixtisas üzrə magistr təhsili alıb.

2004-2007-ci illərdə "168 saat" qəzetində müxbir kimi çalışıb. 2007-2008-ci illərdə həmin qəzetdə şöbə müdiri, 2008-ci ildən isə baş redaktor vəzifəsini tutub.
Eyni zamanda Azərbaycan Televiziyasında siyasi təhlilçi, Sumqayıt Dövlət Universitetində mətbuat xidmətinin rəhbəri işləyib. AMEA-nın Əlyazmalar İnstitunun dissertantıdır.
xeberle

Digər xəbərlər
SON XƏBƏRLƏR