29-04-2016 [14:42]
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) beynəlxalq media sahəsində əməkdaşlığını daha da genişləndirəcək. Bununla bağlı növbəti addım "Əl-Cəzirə” Media Şəbəkəsi ilə əlaqədar olacaq.
Bu barədə BAMF-dan Mia.az-a daxil olan məlumata görə, Bakıda səfərdə olan Əl-Cəzirə media Şəbəkəsinin İnsan hüquqları və Vətəndaş Azadlığı mərkəzinin direktoru Sami Əlhac Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyevlə görüşündə bildirib ki, onun təmsil etdiyi qurum Azərbaycanla bağlı proqramların hazırlanaraq dünyaya yayımlanması, Azərbaycanın zəngin tarixi-mədəni irsinin tanıdılması, Qarabağ münaqişəsinin işıqlandırılmasında maraqlıdır.
Əl Cəzirə Media Şəbəkəsi bu istiqamətdə məhz beynəlxalq sahədə böyük təcrübəsi olan BAMF– la birgə əməkdaşlıq etmək haqqında qərar verib.
Dohada keçirilən görüşləri xatırladan Əl Cəzirə Media Şəbəkəsinin rəsmi nümayəndəsi bəyan edib ki, Əl-Cəzirə Media Şəbəkəsinin icraçı direktoru Mustafa Souj da bu əlaqələrin yaranmasında maraqlıdır və onun bu məsələləri müzakirə etmək üçün tezliklə Azərbaycana səfər etməsi planlaşdırılıb.
"Əl-Cəzirə”nin Azərbaycandan xüsusi reportajlar yayımlamasının perspektivləri, Azərbaycan həqiqətlərinin daha doğru və etibarlı mənbələrdən alınmış obyektiv informasiya əsasında işıqlandırılması, Qarabağ münaqişəsinə dair faktların şəffaf araşdırılması BAMF üçün də prioritet məsələdir”.
Bunu isə xarici qonaqla görüşdə fondun sədri Umud Mirzəyev bildirib.
Onun sözlərinə görə, BAMF 2012-ci ildən, Əl-Cəzirə Media Şəbəkəsinin tədbirləri, konfransları və qlobal təşəbbüslərində iştirak etmək çərçivəsində əməkdaşlıq edir:
"Münaqişə zonalarında fəaliyyət göstərən jurnalistlərin müdafiəsinə töhvə verməklə, söz və ifadə azadlığı, obyektiv informasiyanın yayılması istiqamətində BAMF, Əl-Cəzirə Media Şəbəkəsinin fəaliyyətini və onun missiyasını, eləcə də Beynəlxalq Mətbuat İnstitutunda təmsilçilik fəaliyyətini dəstəkləyir və bugün müsəlman dünyasında bu media şəbəkəsinin peşəkar fəaliyyətinə, azad sözün qorunmasında doğru güclü təsirə malik olmasına inanır. Bu gün Əl-Cəzirə nəinki telekanalları, eləcə də araşdırma mərkəzi, sənədli filmlər, sosial proqramları vasitəsi ilə bütün ərəb və Yaxın Şərqdə fəaliyyət göstərən media qurumlarının ən öncülüdür. Bu Media Şəbəkəsi münaqişə bölgələrindən informasiyaların dünyaya çatdırılması, regiondan olan ən mühüm xəbərlərin, reportajların yayımlanması ilə yanaşı, jurnalistlərin hüquqlarının qorunması, insan hüquq və azadlıqlarının təşviqi istiqamətində fəaliyyəti ilə diqqət mərkəzindədir.
"Beynəlxalq Avrasiya Mətbuat Fondu olaraq inanırıq ki, birgə layihələrin inkişafı və icrası sahəsində qarşılıqlı əməkdaşlıq əsasında daha yaxın əlaqələrin qurulması ilə bugün media aləmində diqqətdən kənar qalan regionlar və münaqişələr daha çox gündəmə gətirilə bilər”.
U.Mirzəyev əməkdaşlıq perspektivlərini Azərbaycanın dünya mediasına çıxışı baxımından növbəti uğuru olduğunu qeyd edib:
"Digər tərəfdən media və vətəndaş cəmiyyətinin qarşılıqlı əlaqəsi sayəsində doğru informasiyanın əldə olunması, region ölkələrinin tanıdılması, müharibələr nəticəsində haqqları pozulmuş insanların haqlarının qorunmasının təşviqi xüsusi əhəmiyyət daşımaqdadır. Bundan əlavə, bu prinsiplər hər kəsin fundamental azadlıqlar və insan haqlarına malik olduğu BMT nizamnaməsində də bəyan edilir. BMT-də Əsas Məşvərətçi Statusa və keçmiş Sovet məkanında böyük təsirə malik bir təşkilat olaraq BAMF bu prinsiplər əsasında Əl-Cəzirə ilə əməkdaşlıq etmək niyyətindədir”.
Görüşün sonunda Əl-Cəzirə Media Şəbəkəsinin rəhbərliyi adından Əl-Cəzirə kanalının billur simvolu BAMF sədri Umud Mirzəyevə təqdim olunub. Bununla yanaşı, BAMF sədrinə Əl-Cəzirə Media Şəbəkəsinin tarixini və fəaliyyətini özündə əks etdirən nəfis tərtibatlı kitab hədiyyə olunub.
Bu şəxslərin təhsili haqqı dövlət tərəfindən ödəniləcək - Yeni qanun
Bakı və rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Ruben Vardanyanın məhkəməsi davam etdirilir
Fəzail Ağamalı ilə vida mərasimi başlayıb - FOTOTLAR (Yenilənir)
Ceyhun Bayramov ABŞ Ticarət Palatasının baş vitse-prezidentini qəbul edib - Açıqlama
ONLAR RƏİS TƏYN EDİLDİ - Gömrükdə təyinatlar
Nəriman Axundzadə ABŞ komandasına keçdi - Açıqlama
Milli Məclisin iclası başlayıb
Qədr (Əhya) gecələrinin tarixləri məlum olub
ABŞ İRANA 4 ŞƏRT İRƏLİ SÜRÜB - Siyahı
PENSİYA NƏ QƏDƏR ARTDI? - Açıqlama (Yeniənib)
“Bravo”nun filial müdirinin müavinini döyüldü - Səbəb + Təfərrüat
Fazil Mustafa: "İcra hakimiyyəti mütləq lazımdır"
Futzal Federasiyasının prezidentinə cinayət işi açıldı, qardaşı axtarışa verildi - Zaur Axundova şok ittiham var (Yenilənib)
Azərbaycan neftinin qiyməti 71 dolları ötdü
Bu burc sahibləri etibarlı olurlar!
“İdeal Motors”un vergi borcu artıb
Maksvell sevgilisi Epşteynlə bağlı suallara cavabdan imtinna etdi
Doğum gününüz mübarək, Əli müəllim!
İranda siyasətçilərin həbsi başlayıb - Saxlanılanlar arasında XİN başçısının keçmiş müavini də var
İsrail Qəzzaya ağır zərbələr endirdi - Azı 9 nəfər ölüb
"Qaziantep" 3 xalı 2 qol və 10 nəfərlə qazandı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qurban Qurbanovun qızının toyu olub - VİDEO
Fəzail Ağamalı vəfat edib - Türkiyədə (Yenilənib)
Türkiyədə daha bir məşqçi istefaya göndərildi - Mərc oyununa görə
Aybəniz Haşımova: “...həmişə şad olacaqsınız”
Vüqar Məmmədovun həbs müddəti uzadılıb
ABŞ daha bir tankerə "əl qoydu"
AXCP-nin Abşeron rayon şöbəsinin sədri həbs edilib
İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib - Müzakirə + FOTOLAR (Yenilənib)
ƏLİ KƏRİMLİ, RAMİZ MEHDİYEVİN SABİQ KÖMƏKÇİSİ, MÜŞAVİR BARƏDƏ YENİ QƏRAR VERDİ - Yenilənib
Dövlət qulluğuna qəbul proqramına dəyişiklik olunub
Yazıçılar Birliyindən üzvlük haqqı ilə bağlı - Açıqlama
Regional Mədəniyyət İdarəsinə rəis əvəzi təyin olunub
Ramiz Mehdiyevin həbs müddəti bitir - Hansı qərar veriləcək?
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq