Gürcü nazir Zakir Həsənova zəng etdi - Qarabağa görə

img

29-04-2016 [11:21]


Gürcüstanın müdafiə naziri Tina Xidaşeli azərbaycanlı və erməni həmkarlarına telefonla zəng edərək onlarla Dağlıq Qarabağa münaqişə zonasında vəziyyəti müzakirə edib.

Mia.az-ı məlumatına görə, bu barədə azvision.az Gürcüstan Müdafiə Nazirliyinə istinadən xəbər verir. 
"Gürcüstanın müdafiə naziri Tina Xidaşeli azərbaycanlı və erməni həmkarlarına telefonla zəng edərək Dağlıq Qarabağ münaqişə zonasında vəziyyəti müzakirə edib. Tina Xidaşeli cəbhədə atəşkəsin əldə olunacağına və prosesin danışıqlar masasına qayıdacağına ümid etdiyini bildirib”, - deyə məlumatda qeyd olunub.

Nazirin sözlərinə görə, regionda sabitlik Gürcüstan üçün həyatı əhəmiyyətə malikdir və beynəlxalq birlik vəziyyətin gərginləşməsinin qarşının alınması üçün təbirlər görməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA