Qarabağdan İrəvana 159 yaralı hərbçi gətirilib - Təsdiqləndi

img

28-04-2016 [17:46]


Aprel ayında Qarabağ münaqişəsi zonasında baş verən toqquşmalar nəticəsində 159 erməni əsgər yaralanıb.

Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilir. Yayılan məlumatda qeyd olunur ki, aprelin əvvəlində dördgünlük müharibə zamanı 125 erməni hərbçisi yaralanıb. Daha 34 nəfər isə aprelin 5-indən sonra təmas xəttində baş verən atışmalar nəticəsində yaralanıb.

"Ən son məlumata görə, artıq tibbi müəssislərində olan 87 erməni hərbçi oradan buraxılıb. Hazırda xəstəxanada olan erməni hərbçilərindən 8-nin vəziyyətinin ağır olduğu bildirilir” - deyə, Ermənistan Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilir.
AzVision

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA