Poroşenko 300 xüsusi təyinatlını Odessaya göndərdi - Saakaşvilidən açıqlama

img

28-04-2016 [12:09]


Ukrayna Milli Qvardiyasının "Azov” alayının 300 döyüşçüsü Odessaya göndərilib.

Bu barədə informasiyanı öz Feysbuk səhifəsində Odessa qubernatoru Mixail Saakaşvili paylaşıb.

Saakaşvili "döyüşçülərin ardını gözləyirik” deyə yazıb.

Bundan öncə Saakaşvili Prezident Poroşenkoya Odessaya Milli Qvardiya yerdilməsi xahişi ilə müraciət etmişdi. Daha 700 əsgərin Odessaya gələcəyi gözlənilir(Axar.az).   

Qeyd edək ki, son günlər Odessada stabillik pozulub. Belə ki, şəhərdə yerli hakimiyyət tərəfdarları ilə əleyhdarları arasında toqquşmalar başlayıb. Odessa merinin əleyhdarları onun istefaya getməsini tələb edirlər.

Saakaşvili mer Gennadi Truxanova qarşı cinayət işinin başladılması haqqında əmr verib. O, Truxanovu Odessadakı separatçıların rəhbəri adlandırıb. Bir müddət öncə isə onun müavini Aleksandr Borovik Truxanov və şəhər dövlət şurasının deputatlarının Rusiya vətəndaşlığı olduğunu bəyan edib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA