"ABŞ və Rusiya danışıqları davam etdirməlidir" - BMT-dən çağırış

img

28-04-2016 [11:34]


BMT-nin Suriyaya ezam olunmuş nümayəndəsi danışıqları təcili xilas etmək üçün ABŞ və Rusiyanı "ən yüksək səviyyədə" məsələyə müdaxilə etməyə çağırıb.

Atəşkəslə bağlı fevral ayında əldə edilmiş razılıq "yarımcandır", BMT-nin Təhlükəsizlik Şurasının sülh prosesi ilə bağlı keçirdiyi brifinqdən sonra danışan Staffan de Mistura deyib.

Atəşkəs rejiminə baxmayaraq, Suriyada zorakılıq halları son günlərdə intensivləşib.
Çərşənbə günü hakimiyyət qüvvələrinin hospitala və Hələb şəhərindəki yaşayış binalarına endirdiyi zərbələr nəticəsində azı 20 dinc sakin dünyasını dəyişib.

Ağ Dəbilqə kimi tanınan mülki müdafiə könüllülərinin AFP xəbər agentliyinə verdiyi məlumata görə, ölənlər arasında uşaqlar və üsyançıların nəzarətində olan ərazidə çalışan yeganə uşaq həkimi də olub.

Son 48 saat ərzində hər 25 dəqiqədə bir suriyalı öldürülüb, hər 13 dəqiqədə isə bir suriyalı yaralanıb

ABŞ və Rusiyanı əməkdaşlığa çağıran cənab de Mistura deyib ki, hər iki prezidentin, Barak Obama və Vladimir Putinin, mirası Suriyada sülh prosesinin uğurları ilə bağlıdır.
Cənab de Mistura deyib ki, fevral ayında "hərbi əməliyyatların" dayandırılması ölkəni "tamamilə məhv olmadan" qoruyub, amma bu "dağılma istənilən vaxt baş verə bilər".
O əlavə edib ki, son 48 saat ərzində hər 25 dəqiqədə bir suriyalı öldürülüb, hər 13 dəqiqədə isə bir suriyalı yaralanıb.

Onun keçirdiyi brifinq münaqişənin əsas tərəfləri arasında baş tutan üçüncü danışıqdan sonra keçirilib.

Sonuncu danışıqlarda, keçid hökumətində prezident Bəşər Əsədin rolunun müzakirə olunması ilə bağlı suala cavab olaraq cənab de Mistura bildirib ki, tərəflər "hansı işi kimin görəcəyi ilə bağlı adları çəkmədən hazırkı idarəetməni necə dəyişmək haqda müzakirə aparıb".

Hakimiyyət qüvvələrinin hospitala və yaşayış binalarına endirdiyi zərbələr nəticəsində azı 20 dinc sakin dünyasını dəyişibImage copyrightAFP

Hakimiyyət qüvvələrinin hospitala və yaşayış binalarına endirdiyi zərbələr nəticəsində azı 20 dinc sakin dünyasını dəyişib

Suriyada 2011-ci ildən başlayan vətəndaş müharibəsi nəticəsində 270 mindən çox insan dünyasını dəyişibImage copyrightReuters

2011-ci ildən başlayan vətəndaş müharibəsi nəticəsində 270 mindən çox insan dünyasını dəyişib

İyul ayına qədər danışıqların daha iki dəfə keçirilməsi planlaşdırılır, cənab de Mistura bildirib. O deyib ki, sonuncu danışıq "hərbi əməliyyatların narahatlıq doğuran pisləşməsi fonunda" baş tutub.

"Biz bunu diqqətdən kənarda saxlaya bilmərik və saxlamamışıq da", o deyib.
Böyük müəssisələrdə bərabərlik və qadınların da eyni səviyyədə təmsil olunması yeni Suriya hökumətinə keçidin əsas məğzini təşkil edir.

2011-ci ildən Suriyada başlayan vətəndaş müharibəsində bugünə qədər 270 mindən çox insan dünyasını dəyişib, milyonlarla insan didərgin düşüb (BBC).



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA