ABŞ-dan Qarabağdakı döyüşlərə reaksiya

img

28-04-2016 [10:17]


"Biz atəşkəsin nə qədər kövrək olduğunu görürük. Atəşkəs rejiminə əməl olunduğuna görə sevinirik, lakin gərginlik hələ də qalmaqdadır”.

Bu barədə ABŞ Dövlət Departamentinin rəsmisi Mark Toner bildirib. Onun sözlərinə görə, dövlət katibi Con Kerri Azərbaycan və Ermənistan prezidentləri ilə telefon əlaqəsi saxlayıb.

"Minsk qrupundakı həmsədrimiz regiona səfər edib. Biz hər iki hökumətlə, münaqişənin bütün tərəfləri ilə əlaqə saxlamışıq və bizim bu məsələ ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır: "Biz, Dağlıq Qarabağın təmas xəttində istənilən formada güc tətbiqini qəti şəkildə pisləyir və tez bir zamanda sülh prosesinin bərpasının zəruri olduğunu bəyan edirik. Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”, - deyə Toner vurğulayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA