"Zorakılığa, qan tökülməsinə yol verməmək lazımdır" - Rusiya XİN

img

27-04-2016 [15:25]


"Dağlıq Qarabağda baş verənlər bizim bundan əvvəlki brifinqlərdə dediyimiz tezisləri bir daha təsdiq edir. Biz əminik ki, dayanıqlı sülh yolu ilə nizamlanma üçün tərəflər danışıqlar prosesini bərpa etməlidir”.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
"Hesab edirik ki, əldə olunmuş razılıq əsasında bölgədə hərbi risklər azaldılmalıdır. Hazırda əsas vəzifə sözsüz ki, vəziyyətin sakitləşməsi, zorakılığa, qan tökülməsinə yol verməmək, vəziyyətin sakitləşməsi və danışıqlar prosesinin başlanması üçün ki, atmosfer yaradılmasıdır”,- deyə o qeyd edib.
M. Zaxarova bildirib ki, tərəflər arasında danışıqlar prosesinin başlanması üçün vasitəçilər səylər göstərir: "Lakin tərəflərin iradəsi və istəyi olmadan heç bir vasitəçilik xidməti maksimal dərəcədə effektli ola bilməz”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA