İrəvan qarışdı: Xalq Sərksyanın iqamətgahına yürüş edir, həbslər var

img

23-04-2016 [00:00]


İrəvanda kobud güc tətbiq edən polis qüvvələri prezident iqamətgahına doğru irəliləyən yürüş iştirakçılarını dağıdıblar.

Mia.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə "Armenia Today" portalı xəbər verib.

İndiyədək artıq 42 yürüş iştirakçısı saxlanılıb. Ermənistan prezidentinin iqamətgahının ətrafına çoxlu sayda polis əməkdaşları yerləşdirilib.

Yürüş iştirakçıları ölkə başçısına bir sıra tələblər irəli sürüblər. Onların əsas tələbləri Dağlıq Qarabağdakı status-kvonu dəyişəcək hər hansı sənədin imzalanmaması, ərazi güzəştlərinin edilməməsi və sülhməramlı qüvvələrin Dağlıq Qarabağda və ətraf ərazilərdə yerləşdirilməsinin qarşısının alınmasıdır.

Saxlanılanların arasında jurnalistlər də var. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA