22-04-2016 [15:20]
Ağcabədi rayonunun Aşağı Avşar kəndindən Bakıya satış məqsədi ilə gətirilən, Şamxal Nəbiyevin idarə etdiyi "Daevo Neksia” markalı 99-AU-715 dövlət nömrə nişanlı minik avtomobilində aşkar edilən (2 ədəd iribuynuzlu heyvan, 6 ədəd xırdabuynyzlu heyvan cəmdəkləri, daxili orqanlar) 500 kq və Zərdab rayonunun Körpükənd kəndindən paytaxta satış məqsədi ilə gətirilən, Nadir Qasımovun idarə etdiyi "Ford Transit” markalı 90-LX-763 dövlət nömrə nişanlı yük avtomobilində aşkarlanan (4 ədəd iribuynuzlu heyvan cəmdəyi, daxili orqanlar, 5 ədəd baş-ayaq) 600 kq miqdarında mənşəyi məlum olmayan, qida üçün yararlılığı şübhə doğuran, sağlamlığına və haradan alınmasına dair heç bir müşayiətedici sənədi olmayan heyvan ətlərindən götürülən nümunələrin Respublika Baytarlıq Laboratoriyasında müayinəsi başa çatıb.
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, laboratoriyada aparılan bakterioloji müayinələrin nəticəsinə görə, həm Ağcabədi rayonundan, həm də Zərdab rayonundan gətirilən ətlərdə bakterioloji çirklənmə aşkar olunub. Biokimyəvi müayinə zamanı isə ətlərin keyfiyyətsiz və baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib. Eləcə də müayinə zamanı Ağcabədi rayonunun Aşağı Avşar kəndindən "Daevo Neksia” markalı 99-AU-715 dövlət nömrə nişanlı minik avtomobili ilə Bakı şəhərinə satış üçün gətirilən ətlərdə aqoniya və ya öldükdən sonra kəsilmiş iribuynuzlu heyvan ətlərinin olması aşkar olunub.
Laboratoriya müayinələrinin nəticəsinə uyğun qəbul edilmiş qərara müvafiq olaraq həm Ağcabədi, həm də Zərdab rayonlarından gətirilən mənşəyi məlum olmayan, keyfiyyətsiz, baytarlıq-sanitariya cəhətdən yararsız, aqoniya və ya öldükdən sonra kəsilmiş heyvan ətləri Sumqayıt şəhər Məişət Tullantıları Poliqonunda KİV və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilib.
Xatırladaq ki, aprelin 19-da Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun əməkdaşlarının iştirakı ilə mənşəyi məlum olmayan, baytarlıq-sanitariya cəhətdən keyfiyyəti və təhlükəsizliyi şübhə doğuran ət və ət məhsullarının satışının qarşısını almaq məqsədi ilə reyd keçirilib.
Fransa Mərkəzi Bankının sədri: "Heç pulumuz qalmadı"
Nazir Vilayət Eyvazov: "Daxili Qoşunlar dövlətçiliyin dayaqlarından birinə çevrilib" - VİDEO
Vəkil Kamran Əsədovun həbsdən azad edilməsini istədi, hakim "yox" dedi - Ekspertin məhkəməsi
İsrail Livanı bombaladı - 15 nəfər öldü
Premyer Liqasında XXIV turun oyunlarına təyinatlar açıqlanıb
Avroviziya mahnısı qalmaqal yaratdı - Təsadüf yoxsa plagiat? (VİDEO)
Daha bir sahə üzrə cərimələr tətbiq olunacaq
Şöbə müdiri müşavir təyin edildi
İran İsrailə yeni raketlər fırladıb
Sabah hava necə olacaq? - Proqnoz
Türkiyənın başına 20 milyon qoyduğu şəxs nazir müavini təyin edildi - Suriyada + FOTOLAR
İlham Əliyevdən bahalaşan neft və qazın qiymətiylə bağlı - Açıqlama
Müşavirin maşınından 45 min manat oğurlanıb
Konqoda mədən çökdü: ölənlər var
Qlobal böhran fonunda Azərbaycan yüksəlir - TƏHLİL
İlham Əliyev: "Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır"
Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirilib
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək
XIII Qlobal Bakı Forumu başlayıb - Prezident tədbirdə çıxış edir
Azərbaycan nefti 5 dollar bahalaşdı - Neftimiz 95 dollara satılır
İran Küveytə PUA ilə zərbə endirib - Yaralılar var
10 gündə Tehranda 9 mindən çox hədəf vurulub
ABŞ-ın İrana hücumu: ilk 6 gün 11,3 milyard dollara başa gəlib
Çempionlar Liqası: 1/8 final mərhələsinin növbəti oyunları olub
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi