"Lavrov heç vaxt heç yerə əliboş getmir" - Kremldən İrəvana səfər açıqlaması

img

21-04-2016 [15:47]


"Rusiyanın xarici işlər naziri Sergey Lavrov heç vaxt heç yerə əliboş getmir”.

Mia.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

M. Zaxarova nazirin Yerevana Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı planla getdiyi, həmin planın Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş 5 rayonun geri qaytarılması və bölgəyə sülhməramlıların yerləşdirilməsindən ibarət olması barədə məlumatın nə dərəcədə doğru olması barədə sualına cavabında bildirib ki, Sergey Lavrov heç vaxt heç yerə boş əllə getmir: "Amma bunun hansısa plan və ya sənəd olduğunu deyə bilmərəm. Rusiyalı nazir tərəflərin fikrini öyrənməyə gedir. Rusiyanın vasitəçilik missiyasının mahiyyəti də məhz budur”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA