21-04-2016 [12:41]
Sürücülərin asanpay.az saytındakı «elektron kabinet»inə və Daxili İşlər Nazirliyinin [email protected] saytındakı şəxsi bölməsinə yerləşdirilən elektron protokllarda bir sıra nöqsanlar var.
Avtosfer.az-ın məlumatına görə, ilk növbədə, həmin protokollarda inzibati xətanın törədildiyi saat dəqiq göstərilmir. Məsələn, protokolda qeyd olunur ki, inzibati xəta 11.04.2016-cı ildə, saat 00.00-da törədilib. Lakin elektron kabinetə əlavə olunan fotolara baxdıqda görürük ki, xəta günün günorta çağı törədilib. Qısa bir araşdırma aparıb öyrəndik ki, Dövlət Yol Polisi İdarəsinin tərtib etdiyi əksər elektron protokollar elə bu gündədir. Yəni, hamısında saat 00.00 yazılır. Bu isə doğru yanaşma deyil.
Bundan əlavə, elektron protokolda qeyd olunur ki, sürücü «Yol hərəkəti haqqında» qanunun 328.1-ci maddəsinin tələbini pozaraq yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km arası aşıb. Lakin bildirmək istəyirik ki, «Yol hərəkəti haqqında» qanunda 328-ci maddə yoxdur. Bu qanun cəmi 87 maddədən ibarətdir. DYP-nin bir protokolunda 328.1-ci maddə həm «Yol hərəkəti haqqında» qanunun maddəsi kimi göstərilir, həm də İnzibati Xətalar Məcəlləsinin.
Həmin protokolun üçüncü abzasına diqqət etsək görərik ki, burada DYP öz səhvini düzəldir və qeyd edir ki, həmin xətaya görə İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə cərimə edilir. Amma yenə də protokolda daha bir çatışmazlıq üzə çıxır. Yəni, cərimənin məbləği göstərilmir.
Protokolda qeyd olunur ki, cərimə protokol nömrəsi əsasında poçt, bank və internet vasitəsilə ödənilə bilər. Lakin əksər sürücülər bu cür elektron protokollar aldıqdan sonra banka və poçta getsə də, sistemdə heç nə tapa bilmirlər. Cəriməni DİN-nin [email protected] saytındakı şəxsi bölmə vasitəsilə ödənilməsi də mümkün olmur. Çünki bu funksiya hazırda işlək vəziyyətdə deyil.
Ən vacib məsələlərdən biri də sürücülərə SMS vasitəsilə məlumatın verilməsidir. Məsələn, təqdim etdiyimiz bu elektron protokol [email protected] saytındakı şəxsi bölmədə və asanpay.az-dakı «elektron kabinet»də mövcuddur. Yəni, sürücü bu protokolu hər iki ünvanda görə bilir. Lakin sürücüyə SMS göndərilməyib. Bu isə çatışmazlıqdır və mütləq həllini tapmalıdır. Çünki bütün sürücülər hər gün internetə girmir, amma hər gün mobil telefondan istifadə edirlər. Odur ki, yaxşı olardı ki, qanunun tələbinə əsasən, sürücülərin inzibati xəta haqqında SMS vasitəsilə məlumatlandırılması məsələsi təcili həllini tapsın. Bununla da, sonradan müəyyən problemlər ortaya çıxmasın.
Ümid edirik ki, Avtosfer.az-ın elektron protokollarda aşkarladığı bu çatışmazlıqlar tezliklə aradan qaldırılacaq və səlahiyyətli orqanlar bu yazını qərəz kimi yox, faydalı təklif və dəstək kimi qəbul edəcəklər…
Fransa Mərkəzi Bankının sədri: "Heç pulumuz qalmadı"
Nazir Vilayət Eyvazov: "Daxili Qoşunlar dövlətçiliyin dayaqlarından birinə çevrilib" - VİDEO
Vəkil Kamran Əsədovun həbsdən azad edilməsini istədi, hakim "yox" dedi - Ekspertin məhkəməsi
İsrail Livanı bombaladı - 15 nəfər öldü
Premyer Liqasında XXIV turun oyunlarına təyinatlar açıqlanıb
Avroviziya mahnısı qalmaqal yaratdı - Təsadüf yoxsa plagiat? (VİDEO)
Daha bir sahə üzrə cərimələr tətbiq olunacaq
Şöbə müdiri müşavir təyin edildi
İran İsrailə yeni raketlər fırladıb
Sabah hava necə olacaq? - Proqnoz
Türkiyənın başına 20 milyon qoyduğu şəxs nazir müavini təyin edildi - Suriyada + FOTOLAR
İlham Əliyevdən bahalaşan neft və qazın qiymətiylə bağlı - Açıqlama
Müşavirin maşınından 45 min manat oğurlanıb
Konqoda mədən çökdü: ölənlər var
Qlobal böhran fonunda Azərbaycan yüksəlir - TƏHLİL
İlham Əliyev: "Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır"
Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirilib
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək
XIII Qlobal Bakı Forumu başlayıb - Prezident tədbirdə çıxış edir
Azərbaycan nefti 5 dollar bahalaşdı - Neftimiz 95 dollara satılır
İran Küveytə PUA ilə zərbə endirib - Yaralılar var
10 gündə Tehranda 9 mindən çox hədəf vurulub
ABŞ-ın İrana hücumu: ilk 6 gün 11,3 milyard dollara başa gəlib
Çempionlar Liqası: 1/8 final mərhələsinin növbəti oyunları olub
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi