Moskvadakı partlayızın məsuliyyətini çeçen terrorçuları öz üzərilərinə götürdü

img

29-03-2010 [03:22]


Bu gün səhər Moskva metrosunun iki stansiyasında həyata keçirilən partlayışların məsuliyyətini çeçen terrorçuları öz üzərilərinə götürüblər. Lent.az-ın ?CNN? telekanalına istinadən verdiyi məlumata görə, bu barədə terrorçuların saytlarından birində bildirilir. Hələlik söhbətin hansı saytdan getdiyi məlum deyil. Bundan əlavə, terror aktının məsuliyyətini üzərinə götürən qruplaşmanın adı da açıqlanmır. Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov terror aktlarını Şimali Qafqazla bağlılığı olan qruplaşmaların həyata keçirtdiyini istisna etməyib. Bortnikov Rusiya prezidenti Dmitri Medvedevin yanında keçirilən təcili yığıncaqda bildirib ki, hadisə yerində Şimali Qafqaza aidiyyatı olan iki qadın kamikadzenin cəsədi tapıldığından, məhz bu versiya əsas götürülür. Xatırladaq ki, bu gün səhər tezdən Moskva metrosunun ?Lyubyanka? və ?Part kulturı? stansiyalarda iki partlayış həyata keçirilib. Nəticədə 37 nəfər ölüb, 65 nəfər isə yaralanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA