Yuri Merzlyakov: ?irəvan Madrid prinsiplərinin 4 bəndi ilə razı deyil?

img

29-03-2010 [03:14]


Ermənistan tərəfi yenilənmiş Madrid prinsiplərinin bəzi bəndləri ilə razı deyil. Bu barədə Azərbaycanın işğal altında olan Xankəndi şəhərində ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov məlumat verib. Onun sözlərinə görə, hazırda həmsədrlər tərəfindən irəli sürülən son təkliflər razılaşdırılır, Ermənistan tərəfi isə artıq bəzi bəndlər üzrə narazılığını ifadə edib. ?Lakin biz vəziyyəti gərginləşdirmirik. Çünki bir neçə il öncə Madrid prinsiplərini Ermənistan qəbul edirdi, Azərbaycan isə əksinə, bu təkliflərdən imtina edirdi. Biz razılaşdırılmış nəticə əldə etmək üçün çox iş görmüşük?, - deyə Merzlyakov bildirib. Həmsədr həmçinin qeyd edib ki, tərəflər dörd bənd istisna olmaqla, Madrid təklifləri üzrə ümumi razılığa gəlib. Merzlyakov ATƏT-in Minsk qrupunun həmsədri qismində regiona son səfər etdiyini də vurğulayıb. Rusiyalı həmsədr yeni vəzifəyə təyin olunacağını, lakin bu postda onu kimin əvəzləyəcəyini bilmədiyini vurğulayıb. Azərbaycan və Ermənistan przidentlərinin Astanada nəzərdə tutulan görüşünə gəldikdə isə Merzlyakov bu təklifdən xəbərsiz olduqlarını qeyd edib. Fransalı həmsədr Bernar Fasye öz növbəsində qeyd edib ki, Madrid prinsipləri üzrə təkliflər hələ də müzakirə olunur və tərəflərin vaxtaşırı ümumi razılığa gəlmələri faktı prosesin ciddiliyindən və qarşılıqlı anlaşmanın olmasından xəbər verir. ?Müharibə münaqişənin həlli variantı ola bilməz. Müharibə baş verəcəyi təqdirdə məsələ əksinə, daha ciddi rəng alacaq?, - deyə Fasye söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA