20-04-2016 [12:56]
Akkord” Şirkətlər Qrupu müqavilə bağlayaraq iş gördürtdürdüyü şirkətə xidmət haqqını ödəməməkdə ittiham edilir.
Mia.az xəbər verir ki, "Qafqazinfo”ya müraciət edən "Leqal Hüquq” MMC-nin direktoru Tahir Həsənov "Akkord”dan şikayətçi olduqlarını bildirib. T.Həsənov qeyd edib ki, 2012-ci il iyunun 1-dən rəhbərlik etdiyi şirkətlə "Akkord” Şirkətlər Qrupu arasında razılaşmaq müqaviləsi imzalanıb: "Müqaviləyə əsasən, biz Şəmkir rayonunda su kanalizasiya xətlərini çəkməyə başladıq. İşlədiyimiz 2 ay yarım müddət ərzində orada 193 min manatlıq iş gördük. Sonra "Akkord” MMC-nin rəhbərliyi dəyişdiyi üçün işi müvəqqəti saxladılar. Komissiya yaradıldı və işlər bir-bir təhvil verildi. Bütün bunlar 2013-cü ildə başa çatdı və hər bir şey sənədləşdirildi. Bizə də dedidlər ki, gedin, pulunuzu baş idarədən alın.
Biz müqavilə üzrə öhdəmizə götürdüyümüz işi görən zaman "Akkord”dan əlavə olaraq sifariş verildi ki, kanalizasiya quyularının qapağını da düzəldək. Biz də bir sex icarəyə götürdük və Şəmkir şəhərinin bütün kanalizasiya quyularının qapaqları şirkətimiz tərəfindən istehsal olunub təhvil verildi. Bu qapaqların verilməsi də qaimə ilə sənədləşdirilib və "Akkord” tərəfindən təsdiqlənib”.
Şirkət rəhbəri ötən təxminən 3 il ərzində gördükləri işə görə "Akkord”dan xidmət haqlarını ala bilmədiklərini deyib: "Bizim kanalizasiya xətlərinin çəkilməsi üçün gördüyümüz işlərə görə xidmət haqqı və kanalizasiya qapaqlarının istehsalı üçün "Akkord " tərəfindən heç bir ödəniş edilməyib. Baş idarə 1 il ərzində bizə "bu gün-sabah verəcəyik” deyib pulumuzu vermədi. Sonra şirkətin Su-kanalizasiya idarəsinin rəisini işdən çıxartdılar, Bürhan adlı yeni rəis əvvəl pulu ödəyəcəyini desə də, sonra bizə dedi ki, "sən bilmirsən bu şirkət kimindi? Siz bizdən heç nə ala bilməyəcəksiz”.

Biz də bundan sonra məhkəməyə müraciət etdik. 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsi bizim xeyrimizə qərar çıxartdı və qeyd olundu ki, pul ödənilməlidir. Lakin bu qərarda yalnız görülən işlərə görə xidmət haqqının ödənilməsi nəzərdə tutulmuşdu. Biz də istehsal etdiyimiz kanalizasiya qapaqlarına görə də ödənişin edilməsi üçün apellyasiya şikayəti verdik. Orada isə hakimlər təsir nəticəsində aşağı instansiya məhkəməsinin qərarını ləğv etdi.
Ali Məhkəmə də Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxladı. Guya ki, biz subpodrtaçı şirkət kimi başqa bir təşkilatın daxilində fəaliyyət göstərmişik və pulumuzu onlardan almalıyıq. Amma bütün sənədlərdə tərəf kimi "Leqal Hüquq” MMC və "Akkord” qeyd olunub.
"Akkord”un anbarından bizim şirkətə 1 milyon manata yaxın mal yazıb veriblər, həmin materiallar da istifadə olunub. Artıq qalanlar da geri qaytarılıb və hamısı mədaxil-məxaric qəbzlərində qeyd olunub. Biz indi plenuma, ardınca Konstitutsiya Məhkəməsinə, sonra isə Avropa Məhkəməsinə müraciət edəcəyik. Amma istəmirik ki, ölkə daxilində olan bir iş Avropaya çıxsın. Xahiş edirik, razılşamaya görə nəzərdə tutulan ödəniş yerinə yetirilsin ki, biz də fəhlələrin pulunu verə bilək. O fəhlələrin artıq hərəkət etməməsi üçün biz onların qarşısında dayanmışıq”.
T.Həsənovun qeyd edilən işlərə dair "Qafqazinfo”ya təqdim etdiyi sənədləri yayımlayırıq.






Fransa Mərkəzi Bankının sədri: "Heç pulumuz qalmadı"
Nazir Vilayət Eyvazov: "Daxili Qoşunlar dövlətçiliyin dayaqlarından birinə çevrilib" - VİDEO
Vəkil Kamran Əsədovun həbsdən azad edilməsini istədi, hakim "yox" dedi - Ekspertin məhkəməsi
İsrail Livanı bombaladı - 15 nəfər öldü
Premyer Liqasında XXIV turun oyunlarına təyinatlar açıqlanıb
Avroviziya mahnısı qalmaqal yaratdı - Təsadüf yoxsa plagiat? (VİDEO)
Daha bir sahə üzrə cərimələr tətbiq olunacaq
Şöbə müdiri müşavir təyin edildi
İran İsrailə yeni raketlər fırladıb
Sabah hava necə olacaq? - Proqnoz
Türkiyənın başına 20 milyon qoyduğu şəxs nazir müavini təyin edildi - Suriyada + FOTOLAR
İlham Əliyevdən bahalaşan neft və qazın qiymətiylə bağlı - Açıqlama
Müşavirin maşınından 45 min manat oğurlanıb
Konqoda mədən çökdü: ölənlər var
Qlobal böhran fonunda Azərbaycan yüksəlir - TƏHLİL
İlham Əliyev: "Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır"
Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirilib
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək
XIII Qlobal Bakı Forumu başlayıb - Prezident tədbirdə çıxış edir
Azərbaycan nefti 5 dollar bahalaşdı - Neftimiz 95 dollara satılır
İran Küveytə PUA ilə zərbə endirib - Yaralılar var
10 gündə Tehranda 9 mindən çox hədəf vurulub
ABŞ-ın İrana hücumu: ilk 6 gün 11,3 milyard dollara başa gəlib
Çempionlar Liqası: 1/8 final mərhələsinin növbəti oyunları olub
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi