Obama Putinlə söhbətini açdı: "Bu məsələdə onunla razılaşa bilmirik"

img

19-04-2016 [21:19]


ABŞ prezidenti Barak Obama rusiyalı həmkarı Vladimir Putinlə telefon söhbətində nələri müzakirə etdiklərinə aydınlıq gətirib.

Bu barədə Obama CBS News-a müsahibəsində məlumat verib.

Onun sözlərinə görə, telefon söhbətinin əsas məqsədi Suriyadakı barışığın getdikcə daha çox həsas duruma gəlməsidir: "Əgər ABŞ və Rusiya öz səylərini birləşdirməsə, biz 3-4 həftə əvvəlki vəziyyətə qayıdacağıq. Rusiya Suriyada dövlət strukturunun qorunmasında maraqlıdır. ABŞ buna qarşı çıxmır. Biz illərdir bir məsələ ilə bağlı razılığa gələ bilmirik. Bu da Putinin Əsədin hakimiyyətdən getməsinə birbaşa dəstək verə bilməyəcəyi ilə bağlı mövqeyidir. Onun fikrincə, buna suriyalılar və Əsəd özü qərar verməlidir".

Bununla yanaşı, Obama Rusiya prezidentini Donbasda döyüşlərin dayandırılması ilə bağlı tədbirlər görməyə, Minsk sazişini icra etməyə çağırıb(Strateq.az). 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA